Mazzanti Automobili şirkəti «italyan istehsalı olan ən güclü seriya hiperkarını» Turində keçirilmiş sərgidə nümayiş etmişdir. Yeni avtomobil «Millecavalli» adını almışdır ki, bu da italyancadan tərcümədə «min at» deməkdir. Hesab edirik ki, hiperkarın 1000 at qüvvəsi gücünün olduğunu söyləmək yersizdir. Əlavə olaraq, avtomobilin güc aqreqatının 1200 Nm fırlanma anına sahib olduğu da məlumdur. Beləliklə, yeni kupe mühərrikinin məhsuldarlığına görə, ən güclü italyan superkarı olan Ferrari LaFerrari avtomobilini üstələmişdir.

Xatırladırıq ki, Ferrari LaFerrari superkarının hibrid güc aqreqatının tərkibinə 6,3-litrlik V12 mühərriki, elektromotor, litium-ion batareyaları və yeddi pulləri robotlaşdırılmış sürətlər qutusu daxildir. Hibriq qurğunun ümumi gücü 963 at qüvvəsi təşkil edir.

Mazzanti Millecavalli italyan istehsalçısının Evantra modelinin bazasında hazırlanmışdır və 7,2-litrlik iki torbokompressorlu səkkiz silindirli mühərriklə təchiz edilmişdir. Yeni hiperkar 100 kilometr-saat həddini  2,7 saniyəyə toplayır. 

Mazzanti Millecavalli hiperkarının maksimal sürəti isə 350 kilometr-saat təşkil edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Ferrari LaFerrari bu işə 3,0 saniyə sərf edir, onun maksimal sürəti isə 350 kilometr-saatda məhdudlaşdırılmışdır.

 Kupe «Ala Soffiata» («Küləyin qanadı») adlı aerodinamik sistemi ilə təchiz edilmişdir ki, bu sistem mühərrik bölümündən gələn isti hava kütləsini arxa antiqanada yönəldir. Bu yönəltmə yerə yatma qüvvəsini artırmağa xidmət edir.

Mazzanti şirkəti Millecavalli hiperkarını 25 nüsxədən ibarət məhdud sayda tirajla buraxmağı planlaşdırır.