Mazzanti Automobili şirkəti «italyan istehsalı olan ən güclü seriya hiperkarın» adını açıqlamış və videotizerini dərc etmişdir. Yeni avtomobil «Millecavalli» adını almışdır ki, bu da italyancadan tərcümədə «min at» deməkdir. Düşünürük ki, gələcək hiperkarın 1000 at qüvvəsi gücünün olacağını söyləmək yersizdir. Əlavə olaraq, avtomobilin güc aqreqatının 1200 Nm fırlanma anına sahib olacağı da bildirilmişdir. Beləliklə, yeni kupe mühərrikinin məhsuldarlığına görə, ən güclü italyan superkarı olan Ferrari LaFerrari avtomobilini üstələmiş olacaqdır.

Xatırladırıq ki, Ferrari LaFerrari superkarının hibrid güc aqreqatının tərkibinə 6,3-litrlik V12 mühərriki, elektromotor, litium-ion batareyaları və yeddi pulləri robotlaşdırılmış sürətlər qutusu daxildir. Hibriq qurğunun ümumi gücü 963 at qüvvəsi təşkil edir.

Mazzanti Millecavalli italyan istehsalçısının Evantra modelinin bazasında hazırlanmışdır və 7,2-litrlik iki torbokompressorlu səkkiz silindirli mühərriklə təchiz ediləcəkdir. İlkin məlumatlara əsasən, 100 kilometr-saat həddini kupe 2,7 saniyəyə toplayacaqdır. 

Onun maksimal sürəti isə 400 kilometr-saat olacaqdır. Müqayisə üçün qeyd etmək lazımdır ki, Ferrari LaFerrari bu işə 3,0 saniyə sərf edir, onun maksimal sürəti isə 350 kilometr-saatda məhdudlaşdırılmışdır.

Kupe «Ala Soffiata» («Küləyin qanadı») adlı aerodinamik sistemi ilə təchiz ediləcəkdir ki, bu sistem mühərrik bölümündən gələn isti hava kütləsini arxa antiqanada yönəldəcəkdir. Bu yönəltmə yerə yatma qüvvəsini artırmağa xidmət edəcəkdir.

Avtomobilin kütləvi təqdimat mərasimi 8 iyunda Turində baş tutacaqdır. Mazzanti Millecavalli hiperkarı 25 nüsxədən ibarət məhdud sayda tirajla buraxılacaqdır.