McLaren Automotive şirkəti 570S sportkarının açıq modifikasiyası olan Spider modelini təqdim etmişdir. Yeni spayderin kütləvi debütü 29 iyun - 2 iyul tarixlərində Qudvudda keçiriləcək Sürət festivalında baş tutacaqdır.

Superkar kompozit materiallardan hazırlanmış iki paneldən ibarət sərt tavana malik olmuşdur ki, bu tavan da elektrik ötürməsi vasitəsi ilə 15 saniyəyə açılıb-bağlanır.

Bu əməliyyatı 40 km/saat həddinə qədər sürətlərdə həyata keçirmək mümkündür. Bundan başqa, açıq superkar salondakı xüsusi düymə vasitəsi ilə qalxan küləyə qarşı şüşə ekrana sahib olmuşdur. Spayder kupe kuzovlu modeldən 46 kiloqram (1498 kiloqram) ağırdır. Bununla belə, avtomobilin kuzovunun sərtliyi əvvəlki səviyyədə qalmışdır.

Kupe ilə müqayisədə spayderin arxa spoyleri 12 millimetr yüksəkdə yerləşdirilmişdir ki, bu da açıq kuzovun ucbatından dəyişən aerodinamik axınları kompensasiya edir.

McLaren 570S Spider modeli 570 at qüvvəli 3,8-litrlik səkkiz silindrli turbomühərrik və robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir. Spayder 100 km/saat həddinə 3,2 saniyəyə, 200 km/saat həddinə isə 9,6 saniyəyə sürətlənir.

Bağlı tavanla avtomobilin maksimal sürəti 328 km/saat həddindədir. Açıq şəkildə bu rəqəm 315 km/saat təşkil edir. Yeni spayder 164750 funt-sterqindən başlayan qiymətlərlə satılır ki, bu da kupe variantından 19,5 min funt-sterlinq bahadır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt