Bərkgedən avtomobillər istehsalçısı olan McLaren Automotive şirkəti 650S modelinin yarış modifikasiyası olan 650S GT3 avtomobilini yeniləmişdir. Yenilənmiş superkar iki il bundan öncə təqdim edilmiş avtomobildən yalnız kuzov elementləri ilə seçilir. Yenilənmiş avtomobilin ön qanadlarında karbondan hazırlanmış aerodinamik əlavələr quraşdırılmışdır. Bu superkarın məruz qaldığı yeganə yenilikdir. Beynəlxalq avtoidman federasiyasının (FİA) tələblərinə uyğun olaraq superkarın çəkisi 1200 kiloqram təşkil edir.

Yarış superkarı 500 at qüvvəsi gücü olan 3,8-litrlik V8 mühərriki və altı pilləli sekvental sürətlər qutusu ilə təchiz edilir. Avtomobilin 100 km/saat sürətini toplamaq üçün nə qədər vaxt sərf etdiyi məlum deyildir. Xatıqladaq ki, avtomobilin ümumi yollar üçün nəzərdə tutulmuş variantının mühərriki 650 at qüvvəsinə malikdir və saatda 100 kilometr sürətini üç saniyəyə toplayır.

McLaren 650S kupesi 2014-cü ilin fevralında debüt etmişdir. Sonradan yarış variantından əlavə, 675 at qüvvəsi gücü olan mühərriklə təchiz edilmiş ən güclü variant - McLaren 675LT təqdim edilmişdir. Keçən il ingilislər bu avtomobilin «açıq» variantı olan 675LT Roadster modelini buraxmışdırlar. Satışa çıxarıldıqdan iki həftə müddətində rodsterin bütün tirajı satılmışdır.

500 ədədlik tirajla buraxılacaq McLaren 650S GT3 modelinin qiyməti 285450 funt-sterlinqdən (663000 manat) başlayır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt