Texasda fəaliyyət göstərən Hennessey Performance şirkəti McLaren 765LT supeerkarı üçün təkmilləşdirmələr dəstini hazırladığını elan edib. Kupenin günücü 1000 at qüvvəsinə qədər artırmaq təklif olunur və belə layihələr üçün misli görünməmiş üç illlik və 58 min kilometrə qədər zəmanət verilir.
Tüninq edilmiş superkar üçün təklif edilən uzunmüddətli zəmanətin sirri sadədir. Hennessey Performance bossu Con Hennessinin dediyinə görə, McLaren şirkəti 765LT superkarının xarakteristikalarını azaldır. İstehsalçı hasilatın 765 at qüvvəsi və 800 Nm fırlanma anı ollduğunu söyləyir, ancaq Texasdakı dinamotertdə superkar “təkərlərdən” 775 at qüvvəsi göstərib, yəni faktiki hasilat bəyan ediləndən ən azı 110 at qüvvəsi çoxdur.
Qalan 130-140 at qüvvəsi 4,0-litrlik V8 biturbo elektron idarəetmə blokunun proqram təminatının yenidən yazılması, daha səmərəli hava filtrlərinin quraşdırılması və buraxılış sisteminin dəyişdirilməsi sayəsində əldə olunur. Belə yenilənmə McLaren M840T mühərrikindən 1014 at qüvvəsi əldə etməyə imkan verir! Güc aqreqatının fırlanma anı açıqlanmayıb.
Hennessey Performance atelyesi transmissiyanın təkmilləşdirilməsinə ehtiyac duyulmadığını və tüninq keçmiş McLaren 765LT modelinin "dəlicəsinə sürətli" olacağını vurğulayır, çünki yerindən 100 km/saata qədər sürətlənmə 2,8-dən 2,1 saniyəyə endirilir. Amerikan tünerin layihəsi eksteryerin, interyerin və şassinin modernləşdirilməsini nəzərdə tutmur: yalnız dekorativ lövhələr avtomobilin tüninq keçdiyini xatırladacaqdır.
McLaren 765LT üçün nəzərdə tutulmuş Hennessey Performance tuning dəstinin qiyməti məlumdur: təkmilləşdirmələr 24.950 dollara başa gəlir. Qiyməti 360 min dollardan başlayan superkar üçün heç də pis deyil. Xatırladaq ki, McLaren 765LT modelinin tirajı 765 nüsxə ilə məhdudlaşıdırılıb.