2019-cu ilin sonunda McLaren Automotive şirkətinin rəhbəriliyi model cərgəsinin elektrikləşdirilməsi planlarını açıqlamışdı. 2020-ci ilin yayında gələcək hibrid superkarlar üçün yeni platforma nümayiş etdirildi. Şeffilddəki McLaren texniki mərkəzinin mühəndislər tərəfindən hazırlanmış yeni karbon monokok, yaradıcılara görə avtomobillərin ümumi çəkisini azaltmaqla yanaşı, təhlükəsizliyini də artıracaq açıq "vanna"dir.
Yeni MCLA (McLaren Carbon Fiber Lightweight Architecture) platformasında inşa edilən ilk McLaren modeli Artura hibrididir.
Hibrid superkar istehsalçılarının qarşıkaşdığı əsas problem ağır dartma batareyası və elektrik mühərrikindən ibarətdir. Bu tandem avtomobilin çəkisinin artmasını qaçınılmaz edir. Hər kiloqram uğrunda mübarizə aparılan bir şəraitdə, bu hal işi yalnız çətinləşdirir.
Daha yüngül platformaya keçid qismən bu problem həll edib, ancaq elektrik mühərriki də bu işə fayda verib – mühərrik cəmi 15 kiloqram ağırlığındadır və 95 at qüvvəsi və 225 Nm fırlanma anı hasil edir.
7,4 kilovat-saatlıq yığcam litium-ion batareyası 88 kiloqram ağırlığındadır və sırf elektrik enerjisi ilə 30 kilometr məsafə qət etməyə imkan verir. Eyni zamanda, Artura modeli əvvəlki McLaren 570S kupesindən cəmi 46 kiloqram ağırdır: superkarın quru çəkisi 1395 kiloqram təşkil edir.
Əvvəllər bütün McLaren avtomobillərində müxtəlif variantlarda quraşdırılmış V8 biturbo mühərriki bu dəfə işsiz qalıb. Onun əvəzinə oturacaqların arxasında 585 at qüvvəsi və 585 Nm fırlanma anı hasil edən alüminiumdan hazırlanmış iki turbokompressorlu 3,0-litrlik V6 mühərriki quraşdırılır.
Hibrid qurğunun ümumi hasilatı 680 at qüvvəsi və 720 Nm fırlanma anıdır. Qurğunun gücü arxa oxa iki muftalı səkkiz pilləli “robot” vasitəsi ilə ötürülür. Üstəlik, Ferrari SF90 hibridində olduğu kimi, arxa ötürmə yoxdur: bu işə elektrik mühərriki cavabdehdir.
Nəticədə, 4539 millimetrlik uzunluğunda yeni kupe 100 km/saat həddini 3.0 saniyəyə, 200 km/saat həddini 8.3 saniyəyə, 300 km/saat həddini isə 21.5 saniyəyə toplayır. Bəyan edilmiş maksimal sürət həddi 330 km/saata çatır. Superhibrid 401 metrlik dreq məsafəsini 10,7 saniyəyə qət edir, 100 və 200 km/saat sürətlərindən əyləcləmə məsafəsi isə, müvafiq olaraq 31 və 126 metr təşkil edir.
Hibrid güc qurğusu dörd rejimdə işləyə bilər - elektrik E-Mode, Comfort, Sport and Track. Söndürülə bilən bilən stabilizasiya sistemi də iki profilə malikdir: Standart və Dynamic. Superkar elektro-hidravlik sükan gücləndiricisi, adaptiv amortizatorlar və elektron idarəetməli differensial ilə təchiz edilir.
Superkar öndə 390 millimetrlik diskləri və altı porşenli alüminium supportları, arxada isə 380 millimetrlik diskləri və dörd porşenli supportları olan karbon-saxsı əyləc mexanizmləri ilə təchiz olunur. Artura modelio ön oxda 235/35 R19 ölçülü, arxa oxda isə 295/35 R20 ölçülü Pirelli P Zero şinləri taxılmış 20 və 21 düymlük təkər disklərinə malikdir.
Şirkət artıq vacib bazarlarda superhibridə sifarişləri qəbul etməyə başlayıb. McLaren Artura hibrid superkarı dörd təchizat səviyyəsində satılacaqdır: Standard, Performance, Techlux və Vision. Qiymətlər də məlumdur: Britaniyada McLaren Artura modeli 185.000 funt sterlinqdən başlayan qiymətlərlə satılır. İlk əmtəə avtomobilləri sifarişçilərə yay aylarında çatdırılacaqdırlar.