McLaren Automotive şirkəti beş nüsxədən ibarət olan McLaren 570S Design Edition modelini buraxmaq qərarına gəlmişdir. Texniki cəhətdən avtomobil adi 570S kupesi ilə heç nə ilə fərqlənmir. Superkar 570 at qüvvəli 3,8-litrlik iki turbomühərrikli V8 mühərriki ilə həchiz edilir.
Britaniya istehsalçısının rəhbərliyi dizaynerlərə müraciət edərək ən dəbli və harmonik görünüşə malik olan kupe əldə etmək üçün rəng, tərtibat materiallarını və dekorativ elementləri seçməyi xahiş etmişdir. Qeyd etmək lazımdır ki, hər bir avtomobil təkrarolunmaz yaradılacaqdır. Nəticədə avtomobillər McLaren 570S Design Edition 1, 570 S Design Edition 2 və 570 S Design Edition 5 kimi sıralanacaqdır. Şəkillərdə təsvir edilmiş 570S Design Edition1 modeli Vermillin Red rəngindədir ki, qalan dörd avtomobil Onyx Black, Storm Gray, Ventura Orange və Silica White rəngində boyanacaqdır.
Bundan əlavə, dizaynerlər hər bir avtomobil üçün qeyri-standart təkər diskləri, buraxılış sisteminin çıxış borularını və əyləc supportlarını da seçmişdirlər. İnteryerin tərtibatında da qara Carbon Black Alcantara və Apex Red Nappa dərisindən istifadə edilmişdir. Analoji şəkildə sükan çarxı da tərtib edilmişdir. Bununla yanaşı, ön panel Hanna Jet Black və Apex Red rənglərində dəri və alkanatara ilə işlənmişdir. Məhdud sayda olan seriyadan olan kupelər üçün istehsalçı 151750 funt-sterlinq tələb edir ki, bu da avtomobilin standart variantından 8500 avro çoxdur.
Xüsusi avtomobillərə sifarişlər artıq qəbul edilir. İlk avtomobillər sahiblərinə 2017-ci ilin əvvəlində çatdırılacaqdır.