McLaren Automotive şirkəti müasir tarixində ilk dəfə olaraq 10 mininci avtomobilini istehsal etmişdir. «Yubiley» avtomobili MSO bölməsi tərəfindən istehsal edilmiş Ceramic Gray rəngli McLaren 570S superkarı olmuşdur.
Şirkətin müasir tarixində ilk istehsal edilən avtomobil MP4-12C modeli olmuşdur ki, onun da istehsalına 2011-ci ildə açılan McLaren Production Centre mərkəzində start verilmişdir. Beləliklə, əfsanəvi McLaren F1 avtomobilini və Mercedes-McLaren SLR superkarını saymasaq, on mininci avtomobilin buraxılışına beş il vaxt tələb edilmişdir. McLaren şirkətinin baş direktoru Mayk Flyuittin sözlərinə görə, ilk 5000 avtomobilin istehsalına 42 ay tələb olunsa da, digər beş min avtomobilin buraxılmasına 22 ay sərf edilmişdir. Bu gün Britaniya markasının avtomobillərinin istehsalında 750 nəfər çalışır. Bu il müəssisə, Sport Series xəttindən olan avtomobillərin üzərində işləmək üçün çalışanların ikinci növbəsini təsis etmək məcburiyyətində qalmışdır.
Beləliklə, avtomobillərin gündəlik istehsal həcmi 20 ədədə yüksəlmişdir. Cari il Britaniya istehsalçısı üçün gəlir gətirən üç ardıcıl illərdən biri olmuşdur. İlin sonuna McLaren şirkəti istehsal həcmini 3000 avtomobilə çatdırmaq niyyətindədir. Keçən il bu rəqəm 1654 ədəd olmuşdur. Hazırda Uokinqdən olan şirkət 650S modelinin xələfi üzərində çalışmalarını davam etdiri. Böyük ehtimalla, yeni superkar tərkibinə 3,8-litrlik iki turbokompressorlu V8 mühərriki daxil olan 700 at qüvvəli hibrid güc aqreqatı ilə təchiz ediləcəkdir. Yeni modelin təqdimatı gələn ilin martında keçiriləcək Cenevrə avtosalonundan baş tutmalıdır.