McLaren Automotive şirkəti özünün klassik avtomobillər bölümü tərəfindən bərpa edilmiş F1 superkarını satışa çıxarmışdır. Şirkət nümayəndələrinin bildirdiyinə görə, avtomobil əla vəziyyətdədir - sanki indicə konveyerdən çıxmışdır. Superkarın odometrindəki yürüş göstəricisi 4,5 min kilometr təşkil edir. Satışa çıxarılan superkar istehsalçı tərəfindən buraxılmış sonuncu superkarlardan biridir. Avtomobilin şassi nömrəsi 69-dur və bu superkar ümumi istifadə üçün buraxılmış avtomobillərdən altımışıncısıdır. Xatırladaq ki, ümumi yollarda istifadə üçün nəzərdə tutlmiş McLaren F1 modelindən cəmi 64 ədəd istehsal edilmişdir.
Superkar 1993-cü ildən 1998-ci ilə kimi istehsal edilmişdir ki, son ildə də altı ədəd avtomobil buraxılmışdır. Satışa çıxarılan avtomobil bu altı superkarda biridir. Bildiyimiz kimi, McLaren F1 modeli BMW şirkətinin istehsalı olan 6,1-litrlik on iki silindirli mühərriklə hərəkətə gəlir. Güc aqreqatı 636 at qüvvəsinə malikdir və superkarı 100 km/saat həddinə 3,2 saniyəyə sürətləndirir.
Avtomobilin maksimal sürəti 375 km/saatdır. 2005-ci ildə Bugatti Veyron modelinin təqdim edilməsinə qədər McLaren F1 superkarı dünyanın ən sürətli avtomobili titulunun sahibi idi. McLaren şirkəti avtomobilin satış qiymətini elan etməmişdir. Misal üçün aktyor Roan Atkinson 66,5 min yürüşü olan superkarını 12 milyon dollara satmışdı.