McLaren şirkəti Dubayda keçirilən avtosalonda hazırladığı ekstremal superkarın təqdimat tarixini açıqlayıb. Yeni avtomobil ictimayyətə 10 dekabr tarixində göstəriləcəkdir. Üstəlik Britaniya istehsalçısı avtomobilin yeni tizerini də dərc edib.
Hazırda zavoddaxili P15 indeksini daşıyan avtomobil ultraməhdudlaşdırılmış seriya ilə buraxılacaqdır.
Artıq avtomobilin bütün nüsxələrinin sahiblərini tapdığı bildirilib. İlkin məlumata görə, P15 modeli 800 at qüvvəsi hasil edən təkmilləşdirilmiş 3,8-litrlik V8 biturbo mühərriki ilə hərəkətə gələcəkdir. Superkarın çəkisinin 1300 kiloqram olacağı söylənilir ki, bu da P1 subperhibridində olduğundan 250 kiloqram azdır.
Bir müddət bundan öncə, McLaren şirkəti 720S modelinin bazasında yaradılan və BP23 (Bespoke Project 2, 3 rəqəmi isə oturacaqların sayına işarə edir) yeni hiperkarın test prototipini nümayiş etdiribdir.
Bu britaniya istehsalçısının əfsanəvi F1 superkarından sonra, sürücü oturacağı mərkəzdə yerləşdirilən ilk modeli olacaqdır. Yeni model McLaren P1 hibridini əvəz edəcəkdir.
Britaniya istehsalçısı 106 nüsxəlik tirajla satılacaq avtomobilə sifarişləri tam şəkildə qəbul etmişdir. Superkar sələfinin bəzi dizayn elementlərini də irsən əldə edəcəkdir. Bunlara misal olaraq yuxarıya açılan qapıları və damındakı hava girişini göstərmək olar. McLaren şirkətindən superkar haqqında əlavə məlumat verilməmişdir. Açıqlanmış məlumatlarda superkarın zavoddaxili BP23 (Bespoke Project 2, ikinci rəqəm isə avtomobilin üç yerli olacağından xəbər verir) kodunu daşıyır. Şirkətdən yeni avtomobilin «dünyada ilk hiper-qran-turizmo», «ən zərif və dəbdəbəli McLaren» və markanın tarixində olan ən güclü model kimi qələmə verirlər. Avtomobilin işlənib-hazırlanmasına şirkətin MSO (McLaren Special Operations) bölümü cavabdehlik daşıyır.
Superkar xüsusi olaraq onun üçün hazırlanmış detal və qurğuları olan hibrid güc aqreqatı ilə təchiz ediləcəkdir. Böyük ehtimalla BP23, McLaren P1 modelinin karbon monokokunda yığılacaqdır.