McLaren Automotive şirkətinin eksklyuziv avtomobillərin yaradılması ilə məşğul olan McLaren Special Operations (MSO) bölməsi 720S superkarının yeganə nüsxədə olan modifikasiyasını hazırlayıb. Superkarın təqdimatı Dubayda keçirilən avtosalona baş tutub.
Avtomobilin əsas xüsusiyyəti arxa antiqanadın unikal tərtibatıdır. Detalın üzərində şirkətin banisi olan Bryus Maklarenin ərəb diində yazılmış sözləri həkk olunub. “Həyat yalnız illərlə deyil, həmçinin nailiyyətlərlə ölçülür”. Qızıl hərflərin şrifti Dubay binalarının üfüqdə görünən konturlarını xatırladır. Qanadın tərtibatına 30 saat, avtomobilin üzərindəki işlərə isə, 120 saat sərf edilib. Superkar qara tutqun rəngə boyanıbdır. Superkar qızılı rəngdə təkər disklərinə, mühərrik bölümünün 24 karat qızıl əlavə edilmiş istilik ekranına və interyerdəki qızıl rəngli elementlərə sahib olub.
Salonda bərkisilmiş “1 of 1” həkk edilmiş lövhəcik avtomobilin yeganə nüsxəə olduğuna işarə edir.
Arxadan çəkişli avtomobil 720 at qüvvəsi və 770 Nm fırlanma anı olan 4,0-litrlik iki turbokompressorlu səkkiz silindrli mühərriklə hərəkətə gəlir.
Bu mühərrik əvvəlki 3,8-litrlik mühərrikin bazasında yaradılsa da, 41 faiz yeni detallara malikdir. Güc aqreqatı yeddi pilləli robotlaşdırılmış ötürmələr qutusu ilə birgə çalışır. Yerindən 100 km/saat həddinə kimi kupe 2,9 saniyəyə, 200 km/saata - 7,8 saniyəyə, 300 km/saat həddinə isə 21,4 saniyəyə sürətlənir. 402 metrəlik dreq məsafəsini qət etməyə superkara 10,3 saniyə yetərlidir. Avtomobilin maksimal sürəti 341 km/saatdır.
200 km/saat və 100 km/saat sürətindən tam dayanmaq üçün 720S modelinə müvafiq olaraq 4,6 və 2,8 saniyə kifayətdir.