McLaren şirkəti beşinci Longtail modelini buraxacağını bəyan edib. Yeni model bir müddətində istehsal ediləcəkdir. Yeni “uzunquyruqlu” model britaniya markasının fəlsəfəsinə tam cavab verəcəkdir: bu isə, böyük gücün, kiçik çəkinin, trekə ünvanlanma və məhdud sayda istehsal deməkdir.
Beşinci McLaren LT modeli Track25 strateji inkişaf planı çərçivəsində buraxılacaqdır. Bu plana əsasən 2025-ci ilə qədər 18 avtomobil hazırlanmalıdır: bunların arasında həm yeni, həm də mövcud olan modellərin müxtəlif modifikasiyaları da olacaqdır. İstehsalata qoyulacaq sərmayənin həcmi 1,2 milyard funt-sterlinq təşkil edəcəkdir. Track25 proqramı çərçivəsində buraxılan ilk avtomobillər McLaren Speedtail və 720S Spider modelləri olub.
McLaren markasının ilk Longtail modeli 1997-ci ildə təqdim edilmiş F1 GTR LT superkarı olub. 2015-ci ildə “uzunquyruqlu” xətti yenidən bərpa olunaraq, McLaren 675 LT Coupe modeli təqdim edilib. Üçüncü LT modeli 500 nüsxəlik tirajla buraxılan 675 LT Spider superkarı olub. Dördüncü LT modeli isə, keçən il Qudvudda təqdim edilən 600 LT Coupe superkarıdır. Beləliklə, beşinci modelin 600 LT Spider modelinin olduğundan şübhə etməmək gərəkdir. İstehsalçının dərc etdiyi videotizer də buna dəlalət edir.