McLaren Automotive şirkətinin eksklyuziv avtomobillərin hazırlanması ilə məşğul olan Special Operations (MSO) bölümü iki unikal superkarı təqdim edib. MSO R Coupe və MSO R Spider adını almış modellər, şirkətin isminin açıqlanmasının istəməyən müştərisinin sifarişi ilə hazırlanıbdır.
Superkarlar McLaren 650S modelinin əsasında yaradılıbdırlar.
Avtomobillər 688 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən 3,8-litrlik V8 biturbomühərriki ilə hərəkətə gəlirlər. Eyni mühərrikə malik olan McLaren 650S modeli 100 km/saat sürətini üç saniyəyə toplayır və 333 km/saat maskimal sürətə malikdir. Kupe və spayderin təchizatına titandan düzəldilmiş səsboğucu sistem və karbondan hazırlanmış aerodinamik kuzov dəsti daxildir. Avtomobillərin kuzovu qara və qırmızı haşiyələri olan gümüşü rəngə boyanmışdır. Superkarların interyerinin tərtibatında alkantara və karbondan istifadə edilib.
Bundan başqa, superkarlar IRIS multimedia sisteminə və seçilmiş pillələri göstərən cihazlar panelinə sahib olublar.