McLaren Special Operations (MSO) bölməsi Elva spidsterini tarixi M1A modelindən ilham alınaraq yaradılmış rəng sxemindəki livreya ilə təchiz edib. Xatırladaq ki, M1A modeli 1964-cü ildə keçirilmiş Kanada Qran Prisinin ən sürətli avtomobili olub.
Əslində, McLaren Elva modeli M1A yarış prototipinin şərəfinə adlandırılıb. Xatırladaq ki, M1A modelinin replikaları Elva Cars firması tərəfindən də istehsal edilib. Üstəlik, superkarı satışa çıxarmazdan öncə, britaniya istehsalçısı bu markaya olan hüquqları almalı olub. Konseptual olaraq, müasir spidster tarixi modelə uyğundur: yeni Elva inanılmaz idarəetmə keyfiyyətlərinə və düşünülmüş aerodinamikaya malik olan yüngül, yüksək texnologiyalı, iki nəfərlik idman avtomobilidir.
MSO tərəfindən təklif olunan rəng sxemi, demək olar ki, qədimi M1A modelinin rəngi ilə eynidır. 1960-cı illərdə ingilis sportkarları narıncı rəngdə deyildilər: onlar qara və gümüşü rənglərdə livreyaya malik idilər. Bu rənglər Brüs Maklarenin vətəni olan Yeni Zelandiyanın yarış rəngləridir. Elva modelinin əsas rəngi şəffaf lak ilə örtülmüş karbonun rəngi,ikinci rəng isə gümüşdür. Bu rəngləri incə qırmızı zolaqlar ayırır.
McLaren Elva modeli 815 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 turbomühərriki və 7-pilləli “robot” ilə təchiz edilir. Spidster 100 km/saat həddinə üç saniyədən az müddətə sürətlənir. 200 km/saat həddini toplamaq üçün Elva modelinə 6,7 saniyə tələb olunur.
McLaren Elva spidsteri 399 nüsxəlik məhdud saylı tirajla istehsal ediləcəkdir. Spidsterin satış qiyməti 1.425.000 funt sterlinq təşkil edir. Modelin müştərilərə çatdırılmasına bu ilin sonunda başlanacaqdır.