McLaren Automotive şirkəti koronavirus pandemiyasının səbəb olduğu istehsalat problemlərinə görə Elva spidsterinin tirajını yenidən ixtisar etmək qərarına gəlib. Markanın yeni planına görə, spidster 149 nüsxəlik tirajla buraxılacaqdır.

2019-cu ilin noyabr ayında Elva modelinin təqdimatı zamanı, McLaren şirkəti spidsterin 399 nüsxəlik tirajla buraxılacağını açıqlamışdı. Ancaq bu ilin mart ayında tirajın 249 ədədə qədər ixtisara salındığı məlum olub. McLaren şirkəti bu qərarın xərclərin azaldılması ilə əlaqəli olduğunu bildirmişdi. Məlumdur ki, satılan avtomobillərin sayına görə hesablanan ekoloji normaların pozulması cərimələrə gətirib çıxarır.

İndi isə, McLaren şirkəti spidsterin tirajını 149 ədədə endirmək məcburiyyətində qaldığını açıqlayıb. Kolleksiya dəyəri baxımından Elva modeli yalnız 106 nüsxəlik tirajla buraxılan 1050 at qüvvəli Speedtail hibridindən geri qalır. Şirkət tirajın azaldılmasının koronavirusun səbəb olduğunu bildirib: pandemiya, Uokinqdəki istehsal müəssisəsindəki gücün və  komponentlərinin çatışmamazlığına gətirib çıxarıb.

Eyni zamanda, McLaren şirkəti Elva modelini eksklüziv bir avtomobilə çevirməyə imkanı verən yeni McLaren Advanced Visualizer (MAV) konfiquratoru barədə məlumatla bölüşüb. MAV video oyunlar üçün hazırlanmış proqramdan istifadə edir və avtomobilin Ultra HD icazəli 3D modelini yaratmağa imkan verir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Müştərilər üçün iki rəng kateqoriyası mövcuddur – Explore və Timeless. Birinci kateqoriya özündə parlaq rəngləri cəmləşdirir, ikinci kateqoriya isə şirkətin irsinə həsr edilib. Elva modelinin rəng palitrasında 1964-cü ilin Kanada Qran Prisinin ən sürətli avtomobili olan McLaren M1A modelindən ilhamlanaraq yaradılmış hazır rəng sxemi də mövcuddur.

Elva Speedster, McLaren şirkətinin ən bahalı xətti olan Ultimate Series seriyasının bir hissəsidir. Spidster  815 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 4.0-litrlik V8 mühərriki ilə təchiz edilir. Mühərrik yeddi pilləli preselektiv "robot" ilə tandemdə çalışır və avtomobili 100 km/saat həddinə üç saniyədən az müddətə sürətləndirir. Elva modelinin 200 km/saata qədər sürətlənməsinə  6.7 saniyə gərəkdir.McLaren Elvan modelinin qiyməti 1,425,000 funt sterlinqdir.