McLaren şirkəti əfsanəvi F1 modelinin mənəvi xələfi olacaq superkarın yeni tizerini dərc etmişdir. Təsvirdən göründüyü kimi, yeni avtomobil ingilis istehsalçısının aktual modellərinə bənzəməyəcəkdir.
Belə ki, təsvirlərdə qanadların axar formasını və avtomobilin arxa hissəsinə qədər enən tavan xəttini görmək mümkündür. Bundan başqa, konsept avtomobillərində olduğuna bənzəyən arxa işıq texnikasının detallarını və iri diffuzorun bir hissəsini müşahidə etmək olar.
McLaren şirkətindən superkar haqqında əlavə məlumat verilməmişdir. Açıqlanmış məlumatlarda superkarın zavoddaxili BP23 (Bespoke Project 2, ikinci rəqəm isə avtomobilin üç yerli olacağından xəbər verir) kodunu daşıyır. Şirkətdən yeni avtomobilin «dünyada ilk hiper-qran-turizmo», «ən zərif və dəbdəbəli McLaren» və markanın tarixində olan ən güclü model kimi qələmə verirlər. Avtomobilin işlənib-hazırlanmasına şirkətin MSO (McLaren Special Operations) bölümü cavabdehlik daşıyır.
Superkar xüsusi olaraq onun üçün hazırlanmış detal və qurğuları olan hibrid güc aqreqatı ilə təchiz ediləcəkdir. Böyük ehtimalla BP23, McLaren P1 modelinin karbon monokokunda yığılacaqdır.
İstehsal ediləcək avtomobillərin sayı da McLaren F1 suprkarı ilə bənzırlik daşıyacaqdır. 106 nüsxədən ibarət tirajla buraxılacaq superkar sələfinin bəzi dizayn elementlərini də irsən əldə edəcəkdir. Bunlara misal olaraq yuxarıya açılan qapıları və damındakı hava girişini göstərmək olar.
McLaren artıq BP23 modelinin bütün nüsxələrinə sifarişləri qəbul etmişdir. Hər bir avtomobil onun sahibinin istəklərinə uyğun olaraq tərtib ediləcəkdir. Avtomobilin qiyməti və debüt tarixi açıqlanmamışdır. Lakin, superkarın ilk nüsxələrinin müştərilərə 2019-cu ildə çatdırılacağı rəsmi olaraq təsdiq edilmişdir.