McLaren şirkəti «uzaq səyahətlər superkarının» yeni şəklini dərc edərək, onun debüt tarixini açıqlayıb. McLaren GT modelinin kütləvi təqdimatı 15 may tarixində keçiriləcək və onlayn yayımlanacaqdır. Bu superkar Track25 inkişaf planına uyğun olaraq buraxılacaq dördüncü model olacaqdır.
McLaren GT modelinin köməyi ilə Uokinq şirkəti qrand-turerlər seqmentini yenidən dərk etməyə cəhd göstərəcəkdir. Superkar sahibinə yüksək komfort səviyyəsini, baqaj yeri olan geniş salonu və digər GT modellərində rast gəlinməyən idarəetməni təmin edəcəkdir. İstehsalçı yeni superkarın öz DNT-sini McLaren Speedtail superhibridi ilə bölüşdüyü xüsusi ilə qeyd edib.