Pebbl-Biçdə keçiriləcək Zəriflik müsabiqəsində McLaren Automotive şirkəti GT qrand turerinin fərdiləşdirilməsi imkanlarından söz açaraq, McLaren Special Operations (MSO) bölməsi tərəfindən hazırlanmış xüsusi sportkarı nümayiş etdirəcəkdir.
McLaren GT by MSO modeli üçün bölmə mütəxəssisləri xüsusi Defined Flux Silver rəngini yaradıblar. Yeni rəng avtomobilin yan ətəklərinə, güzgü gövdələrinə, ön splitterə və arxa bamperə vurulan MSO Bespoke Satin Graphite rəngi ilə ahəng təşkil edir. Kupenin zahiri görkəmini MSO Bespoke Satin Graphite Iron rənginə boyanan əyləc supportları və tərkibinə şüşələrin xrom haşiyəsi, səsboğucu sistemin cilalanmış titandan hazırlanmış çıxış boruları və Gloss Black Diamond Cut diskləri daxil olan MSO Bright Pack dəsti tamamlayır.
Salon tərtibatında ağ Flux White və qrafit Satin Graphite rəngli dərilərdən istifadə edilir. Oturacaqların başlıqlarına və kandarlara MSO loqotipləri həkk edilmiş, sükan çarxındakı işləmə və sükanaltı dəstəklə isə gümüşü rəngli karbondan hazırlanmışdır. Oturacaqlar, qapı panelləri və dirsəkaltındakı MSO Bespoke Geoform tikişləri Britaniya muzeyinin şüşə talvarındakı naxışları xatırladır. McLaren GT by MSO modeli üçün şəffalığı tənzimlənən panoram tavan, xüsusi ayaqaltılar və brelok da təklif edilir.
McLaren GT kupesi 620 at qüvvəsi və 630 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 mühərriki ilə hərəkətə gəlir. Mühərrik yeddi pilləli preselektiv SSG «robotu» ilə tandemdə çalışır. McLaren GT 100 km/saat həddinə 3,2, 200 km/saat həddinə isə 9,0 saniyəyə sürətlənir. Avtomobilin maksimal sürəti 326 km/saatdır. Dolu yanacaq çəni ilə GT NEDC dövrü üzrə 666 kilometr qət edir.