Əslində, GTS daha güclü mühərrikə malik olan yenilənmiş və təkmilləşdirilmiş GT superkarıdır. Superkarın təkmilləşdirilmiş mühərriki artıq 635 at qüvvəsi (+ 15 at qüvvəsi) hasil edir.
Şirkətin gündəlik istifadə və səyahətlər üçün praktiki avtomobil kimi mövqeləndirdiyi qrand turer 10 kiloqram daha yüngül olub və indi onun çəki-güc nisbəti hər tona 418 at qüvvəsi təşkil edir. Bundan əlavə, superkarın dinamikası az da olsa yaxşılaşdırılıb və yeni fərdiləşdirmə variantları peyda olub.
McLaren GT superkarı 2019-cu ilin yazında Britaniya brendinin ən praktik avtomobili kimi debüt edib. Kupe arxa üst hissəsi karbonplastikdən olan MonoCell II-T monokokunun ətrafında inşa olunub. Monokok öndə 150, arxada isə 420 litrlik baqaj bölmələrini təşkil etməyə imkan verib.
Təqaüdə göndərilən modelin klirensi 110 millimetrdir, asqının "qaldırılmış" rejimində isə, klirensi 130 millimetrə qədər artırmaq mümkündür. GT modelini 620 at qüvvəli 4,0-litrlik V8 mühərriki hərəkətə gətirir: belə mühərriklə kupe 100 km/saat həddini 3,2, 200 km/saat həddini isə düz doqquz saniyəyə toplayır.
İndi isə, McLaren bazara GT superkarının GTS adlı əvəzedicisini çıxarır. Bu, eyni monokoka əsaslanan, lakin demək olar ki, hər cəhətdən təkmilləşdirilmiş eyni qrand turerdir. İki turbokompressorlu 4,0-litrlik V8 mühərriki indi 635 at qüvvəsinə malikdir. Çəkisi 1520 kiloqrama endirilmiş superkar yerindən 200 km/saata sürətlənməyə 8,9 saniyə sərf edir. GTS modelinin standart təchizatına ağıllı adaptiv asqı və karbon-keramika əyləcləri daxildir.
Eksteryerdə qara parlaq elementlər peyda olub, rəng palitrasına yeni boz çalar əlavə edilib, oturacaqlar isə yeni tərtibata malikdirlər. Nəhayət, klirensin artırılmasına GT ilə müqayisədə iki dəfə daha az vaxt - cəmi dörd saniyəyə gərəkdir.
Baqaj bölümünün tutumu dəyişməyib və ümumilikdə 570 litr təşkil edir ki, bu da hazırda McLaren GTS modelini bazarda ən praktik superkar edir. Salonda 10,25-düymlük rəqəmsal cihazlar panelini və 7,0-düymlük displeyi olan multimedia sistemini və 12 dinamikli Wilkins səs sistemini görmək olar.
Yeni superkara sifarişlərin artq qəbul olunur. McLaren GTS modelinin sifarişçilərə çatdırılmasına 2024-cü ildə başlanmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.