McLaren dözümlülük yarışlarının ən yüksək liqasına qayıtmağa hazırlaşır. Avtomobil istehsalçısı iki yeni trek superkarını təqdim edib – bunlar 2027-ci il FIA WEC çempionatının LMDh sinfində çılxış edəcək MCL-HY idman prototipi və MCL-HY GTR trek superkarıdır. Xatırladaq ki, seriyanın təqvimində McLaren komandasının sonuncu dəfə 1995-ci ildə F1 GTR superkarı ilə qalib gəldiyi əfsanəvi “Le Manın 24 saatı” marafonu da var.

McLaren MCL-HY

Zahiri oxşarlıqlarına baxmayaraq, avtomobillər fərqli məqsədlər üçün yaradılıblar. McLaren MCL-HY - FIA WEC və ACO/IMSA qaydalarına uyğun olaraq hazırlanmış tamölçülü yarış prototipidir. O, Dallara firmasının karbonplastikdən hazırlanmış monokok şassisində inşa edilib və inkişaf etmiş aerodinamikası olan tək yerli kuzova malikdir.

Güc aqreqatı hibriddir: orijinal 2,9-litrlik V6 biturbo mühərriki LMDh sinfi üçün standart olan arxa oxda quraşdırılmış MGU sistemi ilə birlikdə çalışır. Hibrid qurğunu tərkibinə 7-pilləli Xtrac ardıcıl ötürmələr qutusu, inteqrasiya olunmuş 67 at qüvvəli Bosch elektrik mühərriki-generatoru və Williams litium-ion batareyası daxildir. Ümumi güc qaydalara uyğun olaraq 680 at qüvvəsi həddində məhdudlaşdırılıb, prototipin minimum çəkisi isə, 1030 kiloqramdır.

McLaren MCL-HY və McLaren M6A

Prototipin tərtibatını xüsusilə qeyd etmək lazımdır. Bucaqlı qanadlara inteqrasiya olunmuş firma bumeranq-faralar, hava girişlərinin “qəlsəmələri” olan şişirdilmiş arxa qanadlar və nəhəng diffuzoru haşiyələndirən şaquli arxa işıqlar diqqəti çəkir.

Parlaq narıncı və tünd boz rəngli livreya həm müasir McLaren F1 bolidlərinə, həm də Bryus MakLarenin 1967-ci il Can-Am seriyasında dominantlıq etdiyi tarixi McLaren M6A modelinə istinad edir.

McLaren MCL-HY GTR

McLaren MCL-HY GTR prototipin müştəri versiyasıdır. O, yarış avtomobili ilə bir çox xüsusiyyətləri bölüşür, lakin fərqli livreyaya malikdir və hibrid sistemdən məhrum edilib. Onun 2,9-litrlik V6 biturbo mühərrikinin gücü 720 at qüvvəsinə qədər artırılıb, boş çəkisi isə, bir tondan azdır. Avtomobilin rəsmi WEC yarışlarında iştirakına və ictimai yollarda istifadəsinə icazə verilmir.

GTR trek superkarı Project: Endurance proqramı çərçivəsində satılır. Onların sahibləri iki il ərzində McLaren Racing mühəndisləri, mexanikləri və test-pilotları tərəfindən dəstəklənən məşhur treklərdə keçiriləcək altı yarışında iştirak edə biləcəklər. MCL-HY GTR modeliin qiyməti açıqlanmayıb, lakin onun istehsal tirajı təxminən 30-35 ədədlə məhdudlaşdırılacaq. Müştəri avtomobillərinin çatdırılmaları 2027-ci ilin sonlarına planlaşdırılır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

FIA WEC çempionatında debüt etməzdən əvvəl McLaren MCL-HY geniş homologiya öncəsi sınaq proqramından keçməlidir. McLaren Racing öz ambisiyalarını gizlətmir: komanda ümid edir ki, yeni prototip “Le Manın 24 saatlı” yarışında qalib gələ biləcək və beləliklə, brendə bir daha Monako Qran Prisi (Formula 1), “Le Manın 24 saatı” və “İndianapolisin 500 mili” (IndyCar) yarışlarındakı qələbələrə görə verilən “Avtomobil İdmanının Üçlü Tacı” qeyri-rəsmi titulunu qazanmağa kömək edəcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.