McLaren şirkəti müştərilərinə pilota çevrilməyə kömək edəcək xüsusi kurslar təklif edir. Arzu edənlər Britaniya markasının təşkil etdiyi Pure McLaren Race Academy çərçivəsində dörd mərhələdən ibarət yarış sürücülüyü proqramına qatıla bilərlər.
İlk iki proqram 570S və 650S superkarlarında «döyüş» hazırlığını keçmək imkanı verir. Üçüncü proqram isə, öz növbəsində iki mərhələdən ibarətdir. Race Level 1 keçdikdən sonra iştirakçılar MSA-nın lisenziyasını əldə edərək əsl yarışlarda iştirak üçün bir addım atmış olurlar.
Race Level 2 mərhələsi isə, elə McLaren tərəfindən təşkil edilən yarışı nəzərdə tutur. Şirkət cəmi altı yarışı keçirməyi nəzərdə tutur ki, bundan sonra yeni pilotlar növbəti National A (International D kateqoriyasının ekvivalenti) səviyyəli lisenziyanı almış olurlar.
Kursların iştirakçılarına şəxsi McLaren avtomobillərində iştirak etmək və yaxud şirkət tərəfindən təklif edilən avtomobillərdən yararlanmaq təklif edilir. Təhsilin qiyməti 1050 avrodan başlayır və çox güman ki, bu bir tədbirin qiymətidir. Pure McLaren Race Academy kursalrı aprel ayının beşində başlanacaqdır.