Böyük Britaniyanın idman avtomobilləri istehsalçılarından biri olan McLaren Automotive şirkəti P1 superhibridinin sonuncu 375-ci nüsxəsinin buraxıldığını bildirmişdir. Xatırladaq ki, istehsalına 2013-cü ildə başlanılmış superkar hibrid güc qurğusu ulə təhciz edilir. Hibrid güç qurğusunun tərkibinə 3,8-litr iş həcmi olan iki trubinli səkkiz silindirli mühərrik, 179 at qüvvəli elektrik mühərriki, akkumulyatorlar dəsti və yeddi pilləli iki muftalı «robot» sürət qutusu daxildir. Hibrid güc qurğusunun ümumi gücü 916 at qüvvəsi təşkil edir.

McLaren P1 superkarının son nüsxəsi narıncı rəngə boyanmış və karbondan hazırlanan rənglənməmiş ban elementləri ilə təchiz edilmişdir. Super avtomobilin interyerinin hazırlanmasında ingilis şirkətinin MSO adlanan xüsusi bölməsinin mütəxəssisləri iştirak etmişdirlər.

Xatırladaq ki, P1 superhibridi ilk 100 km/s sürətini yığmaq üçün cəmi 2,8 saniyə vaxt sərf edir. Saatda 200 kilometr həqqinə çatmağa superavtomobilə 6,8 saniyə, 300 kilometr həddinə isə 16,5 saniyə gərəkdir.

Yuxarıda qeyd etiyimiz kimi, McLaren P1 avtomobilinin istehsalına iki il bundan öncə start verilmişdir. Avtomobilin 375 ədəd buraxılacağını eşıdən alıcılar, onun dəyərini əvvəlcədən ödəyərək bütün avtomobilləri satın almışdırlar. Bu səbəbdən də buraxılan hər bir avtomobil onun gələcək sahibinin tələbləri və istəkləri nəzərə alınaraq MSO bölməsi tərəfindən xüsusi olaraq istehsal edilmişdir.

Image alt Image alt Image alt Image alt