McLaren şirkəri öz superkarlarının trek variantlarını təklif etmək ənənəsini davam etdirir. Bu günlərdə istehsalçı 75 ədədlik məhdud sayda tirajla Senna GTR superkarını buraxacağını bildirib. Lakin, çox da həvəslənməyin, trek avtomobillərinin hamısı satılıb.
Bu ilin mart ayında keçirilmiş Cenevrə avtosalonunda McLaren şirkəti Senna GTR konseptini nümayiş etdirmişdi. Noyabr ayında isə? yarış treklərinə istiqamətlənmiş konseptual avtomobilin seriya şəkilində buraxılacağı təsdiqlənib.
McLaren Senna GTR modeli adi superkarın təchiz edildiyi 4,0-litrlik tvin-turbo V8 mühərrikinə sahib olacaqdır. Lakin, trek üçün nəzərdə tutulan superkarın mühərriki 800 deyil, 825 at qüvvəsi hasil edəcəkdir. Senna GTR həmçinin yarış transmissiyası, Pirelli slikləri və yen təkər diskləri ilə təchiz olunacaqdır.
Trek avtomobilinin aerodinamik dayağı ən yüksək sürətdə 1000 kiloqram yerəbasma gücünü hasil edir. Bu dayağın tərkibinə iri ön splitter, yeni arxa diffuzor, qapılardakı elementlər və digər ön və arxa qanadlar daxildir. İstehsalçı trek modelinin Senna modelinin inşasında istifadə edilən monokokun ətrafında yığıldığını bildirib. Senna GTR modelinin asqı sistemi GT3 kateqoriyasında iştirak edən 650S və 720S modellərinin asqısına bənzərdir.
Avtomobilin əyləc sistemi də təkmilləşdirilib - yeni sistem standart variantdan 20% daha effektivdir.
Senna GTR modeli ümumi yollarda istifadə üçün sertifikatlaşdırılmadığına görə, o təhlükəsizlik yastıqlarından və multimedia sistemindən məhrum edilib. Bununla belə, avtomobil yarış avtomobillərinin üslubunda yeni sükan çarxına və kor zonalardakı avtomobillər barədə xəbərdarlıq edən sistemə də sahib olub. Bir çox yarış avtomobillərində istifadə edilən kondisioner də saxlanılıbdır. Aktiv aerodinamika da qorunub-saxlanılıbdır - Senna GTR hər hansı bir çempionatın texniki reqlamentinə uyğunlaşması kimi bir ehtiyacı yoxdur.
Əl ilə yığılacaq McLaren Senna GTR trek modelinin satış qiyməti bir milyon funt-sterlinq təşkil edir.