Formula 1 çempionatının Şpilberqdə keçirlən növbəti mərhələsi çərçivəsində baş tutmuş tədbirdə McLaren Senna superkarı alışaraq yanıb. Yanğın, sabiq F1 pilotu Gerhard Bergerin nümayiş gedişi zamanı baş verib.
Şahidlər arxasından alov çıxan və tüstüyə bürümüş avtomobilin boksa qayırdığı zaman onu çəkməyə imkan təpiblər. McLaren nümyəndələri hadisədən xəbərləri olduqlarını bildirsələr də, şərh verməkdən imtina ediblər.
Bu McLaren Senna ilə baş verən ikinci belə hadisədir. Bu ilin yanvar ayında Solomondrin adlı YouTube-bloqqeri 11 günlük superkarın alışıb-yanmasını çəkib. Sürücü hərəkət zamanı mühərrik bölümündə alovun peyda olduğunu bildirib. Alovun söndürülməsi üçün yanğınsöndürənlər çağrılıb.
Bir həftə bundan öncə unikal McLaren Speedtail superkarı test zamanı alışmışdı.