"Motoring" dərgisinin iddialarına görə, məşhur sportkar istehsalçısı olan McLaren Automotive şirkətinin rəhbərliyi, Britaniya markasının model cərgəsini Grand Tourer avtomobili ilə genişləndirmək təklifi ətrafında müzakirələr aparır. Bildiyimiz kimi, italyan və alman idman avtomobilləri istehsalçıları olan Ferrari və Porsche şirkətləri artıq alıcılarına dörd sərnişin üçün nəzərdə tutulan GTC4Lusso və Panamera modellərini təklif edirlər.

Ferrari GTC4Lusso bu yaxınlarda yenilənmişdirsə, Porsche Panamera modelinin artıq ikinci nəsli işıq üzü görmüşdür. Avtomobil dərgisinə müsahibə verən McLaren Automotive şirkətinin korportaiv əlaqələr üzrə rəhbəri Dunkan Forrester Britaniya istehsalçısının bu barədə düşündüyünü, lakin dörd yerlik modelin gələcək taleyi haqqında hər hansı bir qərar qəbul edilmədiyini bildirmişdir.Bundan əvvəl, McLaren şirkəti üç model xəttindən (Sport Series, Super Series və Ultimate Series ) başqa yeni xəttə ehtiyac olmadığını bildirmişdir. "Motoring" dərgisinin fikrincə, əgər istehsalçı dörd yerlik sportkar buraxmaq həvəsinə düşərsə, bu avtomobil mövcud olan modellərin birinin bazasında hazırlanacaqdır. Misal üçün, McLaren 570S modeli əsas olaraq götürülə bilər. Bununla belə, Forrester avtomobilin McLaren F1 superkarında olduğu kimi, üç yerlik salonla da təklif ediləcəyini istisna etməmişdir.

Markanın müştərilərinin yeni modellərin hazırlanmasını arzu etsə də, Forrester McLaren Automotive şirkətinin SUV avtomobilini buraxacağına inanmadığını bildirmişdir. "Biz ofroder istehsal etməyi düşünmürük. Bunu tam əminliklə deyə bilərəm. Biz artıq dünyanın ən yaxşı ortamühərrikli idman avtomobillərini istehsal edirik. Biz bu sahədə tanınmışıq, elə üstünlüyümüz də bundadır. Bu bizim DNT-mizdir və müştərilərimiz bizdən bunu tələb edirlər. Biz bilirik və inanırıq ki, sabah hər hansı bir müştərimiz "Mən belə avtomobil istəyirəm, lakin onun klirensini bir fut yuxarı qaldırın" sözlərini deməyəcdir". 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt