McLaren 720S superkarının varisi olan yeni 750S modeli McLaren avtomobilləri arasında ən yüngül və ən yeyin seriya superkarıdır. O, yanaəyilmələrin hidravlik boğulması sistemi olan adaptiv asqını, təkmilləşdirilmiş aerodinamika və 4,0-litrlik V8 biturbo mühərrikini alıb. Mühərrik 750 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edir və superkarı 100 km/saata 2,8 saniyəyə sürətləndirir.
750S superkarı 720S modelinin dərin modernləşdirməsinin nəticəsidir. Bu, tirajı məhdudlaşdırılmayan ən yüngül və ən yeyin McLaren superkarıdır. Sələfi ilə müqayisədə 750S superkarında yeni və yenidən işlənmiş komponentlərin həcmi cəmi 30% təşkil edir.
Eyni miqdarda qənaət (kiloqramla) avtomobilin ümumi çəkisində də baş verib – yeni superkar sələfindən 30 kiloqram yüngüldür. Qənaətin bir hissəsini döymə disklər və karbon çərçivəli idman oturacaqları verib. Bundan başqa, yüngül ön şüşə və rəqəmsal cihazlar paneli də qənaətin səbəbkarlarındandırlar.
Asqının həndəsəsi dəyişib, ön təkər izi altı millimetr genişlənib. Adaptiv Proactive Chassis Control şassisi artıq üçüncü nəsildir. Bu sistem əvvəlki kimi, yayları, yarı aktiv amortizatorları və mexaniki stabilizator kimi fəaliyyət göstərən hidravlik sxemi özündə birləşdirir.
Daha yaxşı əks əlaqə üçün ön və arxa yayların sərtliyi optimallaşdırılıb. Bundan əlavə, lift sisteminin işi sürətləndirilib: kələ-kötürlərin üzərindən keçərkən o, superkarın burnunu əvvəlki on saniyə əvəzinə dörd saniyəyə qaldırır.
Bundan əlavə, avtomobil daha çox yerəbasma qüvvəsi yaradır, üstəlik, ümumi aerodinamik tarazlıq yaxşılaşdırılıb. Bu, əsasən daha böyük qanad, splitter və yeni bamperlər sayəsindədir. Elektrohidravlik sükan gücləndiricisi yenidən sazlanıb.
Seçimlər siyahısına Senna superkarından götürülmüş karbon-keramika əyləcləri əlavə edilib - əyəc sistemi yeni gücləndiricini və vakuum nasosuna sahib olub. Digər yenilik - McLaren Control Launcher funksiyasıdır. O, mühərrik, transmissiya və aerodinamika üçün fərdi tənzimləmələri təyin etməyə və bir toxunuşla onları aktivləşdirməyə imkan verir.
McLaren 750S superkarı 4,0-litrlik V8 biturbo mühərriki ilə təchiz edilir. O, 765LT modelindən götürülmüş porşenləri, ikinci yanacaq nasosunu və yeni idarəetmə proqramını alıb. Mühərrikin gücü 720-dən 750 at qüvvəsinə, fırlanma anı isə 770-dən 800 Nm-ə qədər artırılıb. Yeddi pilləli preselektiv "robotun" ötürmə nisbətlərinə yenidən baxılıb.
Yeni superkarın 100 km/saata sürətlənməsi 2,8 saniyə (- 0,1 saniyə) çəkir, 200 km/saat həddi isə 7,2 saniyəyə (Spider versiyası üçün 7,3) əldə olunur. Eyni zamanda, maksimal sürət 341-dən 332 km/saata azalıb.
750S kupesi ilə birlikdə yeni superkarın Spider adlı açıq versiyası da debüt edbi. O, kupedən 49 kiloqram daha ağırdır və 50 km/saata qədər sürətlərdə 11 saniyəyə qatlana və ya qaldırıla bilən karbon tavana malikdir. Elektroxrom şüşədən hazırlanmış şəffaf bölmə opsiyadır.
Yeniliyin interyeri tamamilə nappa dəri ilə örtülmüş və ya alkantara ilə uyğunlaşdırmaq olar. Standart təchizata Bowers & Wilkins səs sistemi, dairəvi müşahidə sistemi, Apple CarPlay tətbiqini dəstəkləyən multimedia sistemi və bir neçə USB portları daxildir.
McLaren 750S superkarlarının istehsalına sentyabrda başlayacaqlar, lakin bu il üçün kvota artıq demək olar ki, satılıb. Superkarın başlanğıc qiyməti - 250 min funt sterlinq ətrafında olmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.