McLaren Automotive şirkəti 650S supercarının xələfi olacaq yeni modelin yeni tizerini dərc etmişdir. Yeni superkarın dünyəvi debütü bu ilin mart ayında keçiriləcək Beynəlxalq Cenevrə avomobil sərgisində baş tutmalıdır.
Dərc edilmiş təsvirdə superkarın arxa hissəsi, daha dəqiq desək aktiv antiqanadın bir elementi göstərilmişdir. Belə antiqanadın vəziyyəti hərəkət şəraitinə uyğun dəyişə bilər. Misal üçün yüksək sürətlə hərəkət və yaxud intensive əyləcləmə zamanı antiqanadın böyük həmlə bucağı avtomobilin yerəbasma gücünü artırmağa və yaxud yavaşlatmağa yardım edir. McLaren nümayəndələri yeni superkarın aerodinamik cəhətdən 650S modelinə nisbətən iki dəfədən çox effektiv olacağını söyləmişdirlər. Hazırlanan supercar 50 faiz daha artıq yerəbasma gücünə malik olacaqdır. Bundan başqa, qapı və qanadlarda olan xüsusi aerodinamik elementlər mühərrikin daha yaxşı soyudulmasını təmin edəcəkdirlər. Yeni supercar həmçinin McLaren P1 superhibridində istifadə edilmiş texnologiyalar əsasında yaradılan arxa diffuzorla da təchiz ediləcəkdir.
Məlum olduğu kimi, gələcək superkarın əsasını tam karbonplastikdən hazırlanmış Monocage II monokoku təşkil edəcəkdir.
Bu monokok McLaren 650S modelində olduğundan daha yüngül olacaqdır. Ehtimallara görə, yeni superkarın çəkisi 1300 kiloqramdan bir qədər az olmalıdır. Bundan başqa, yeni superkarın ağırlıq mərkəzi aşağı salınacaq, həmçinin avtomobilə daxil olmanı asnlaşdırmaq üçün kandarlar da aşağı səviyyədə yerləşdiriləcəkdir. Çox güman ki, yeni avtomobil 3,8-litrlik iki turbokompressorlu V8 mühərrikinin təkmilləşdirilmiş variant ilə təchiz ediləcəkdir. Onun mühərrikinin gücü 720 at qüvvəsi təşkil etməlidir. Hibrid güc aqreqatının quraşdırılacağı da istisna edilmir.
Böyük ehtimalla McLaren 650S modelinin xələfi ənənəyə uyğun olaraq McLaren 720S adlandırılacaqdır.