McLaren Automotive şirkəti 570S superkarı üçün xüsusi olaraq hazırlanmış Track Pack adlı idman dəstini hazırlamışdır. Bu dəsti sifariş etmək üçün 16,5 min funt-sterlinq ödəmək gərəkdir ki, bu qiymətə də Böyük Britaniyada Ford Focus modelini əldə etmək mümkündür.

Trek dəstini əldə etmiş superkar adi McLaren 570S modelindən 25 kiloqram yüngüldür. Belə nəticənin əldə edilməsinə karbondan karkası olan yeni idman oturacaqlarının və daha yüngül təkər disklərinin quraşdırılması, həmçinin salonun tərtibatında istifadə edilən dərinin alkantara ilə əvəz edilməsi sayəsində nail olunmuşdur. Track Pach dəstini almış superkarıda arxa antiqanad standart superkara nisbətən 12 millimetr hündür yerləşdirilmişdir. Bu, 240 km/saat sürətində əlavə 29 kiloqram yerə basma gücünü təmin edir. Bundan başqa, kupe VcLaren 675LT və P1 modellərində tətbiq edilən telemetriyanın yazılması funksiyası ilə də təchiz ediləcəkdir. Sistem sürücünü (hətta bir neçə sürücünü) dövrəyə və ayrı-ayrı sektorlara sərf edilən zaman, sürət  qrafikləri və yürüşü təhlıil etmək üçün gərək olan məlumatlar ilə təmin edəcəkdir. Dəsti gələn ildən sifariş etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt