McLaren Automotive şirkətinin hazırladığı əfsanəvi F1 modelinin xələfi Böyük Britaniyada iki milyon funt sterlinqə (2,3 milyon avrodan yuxarı) satılacaqdır. Bu barədə məlumatı Autumitive News saytı xəbər yaymışdır. Bu o deməkdir ki, yeni superkar 2,4-milyon avroya təklif edilən Bugatti Chiron hiperkarı ilə eyni qiymətə satılacaqdır.
Britaniya istehsalçısı 106 nüsxəlik tirajla satılacaq avtomobilə sifarişləri tam şəkildə qəbul etmişdir. Superkar sələfinin bəzi dizayn elementlərini də irsən əldə edəcəkdir. Bunlara misal olaraq yuxarıya açılan qapıları və damındakı hava girişini göstərmək olar. McLaren şirkətindən superkar haqqında əlavə məlumat verilməmişdir. Açıqlanmış məlumatlarda superkarın zavoddaxili BP23 (Bespoke Project 2, ikinci rəqəm isə avtomobilin üç yerli olacağından xəbər verir) kodunu daşıyır. Şirkətdən yeni avtomobilin «dünyada ilk hiper-qran-turizmo», «ən zərif və dəbdəbəli McLaren» və markanın tarixində olan ən güclü model kimi qələmə verirlər. Avtomobilin işlənib-hazırlanmasına şirkətin MSO (McLaren Special Operations) bölümü cavabdehlik daşıyır.
Superkar xüsusi olaraq onun üçün hazırlanmış detal və qurğuları olan hibrid güc aqreqatı ilə təchiz ediləcəkdir. Böyük ehtimalla BP23, McLaren P1 modelinin karbon monokokunda yığılacaqdır.