McLaren Automotive şirkətinin eksklyuziv avtomobillər hazırlayan Special Operations (MSO) bölümü Cenevrə avtosalonunda Senna hiperkarının xüsusi variantını təqdim edəcəkdir.
Hiperkarın karbondan hazırlanmış kuzovu əfsanəvi Ayrton Sennanın dəbliqəsinin rənglərini xatırladan rəng sxemi və şəffaf lak qatı örtüləcəkdir. Superkarın kuzovu 67 elementdən ibarətdir və onların hazırlanmasına min saata qədər vaxt sərf olunur. Daha 250 saat panellərə, arxa antiqanada və aktiv aerodinamik “ülgüclərə” sarı rəngin vurulmasına gərəkdir. Avtomobilin əyləc supportları Laurel Green parlaq yaşıl rənginə boyanır. McLaren Senna hiperkarının salonun tərtibatında seçilən tikişləri olan qara alkantaradan, həmçinin yaşıl və sarı dekor elementlərindən istifadə edilir.
Hiperkarın təchizatına mərkəzi kilidli, döymə alüminium və karbondan hazırlanmış “hybrid” təkər diskləri daxildir.
Hər bir diskin çəkisi 7,5 kiloqramdır ki, bud a standart disklərdən 10% yüngüldür. Senna hiperkarı 800 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 4,0-litrlik biturbo V8 mühərriki və yeddi pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir. Superkar 100 km/saat həddini 2,8 saniyəyə, 200 km/saat həddini isə 6,8 saniyəyə toplayır. Dreq məsafəsini qət etməyə Senna 9,9 saniyə sərf edir. Avtomobilin maksimal sürəti 340 km/saatdır.