Speedtail hiperkarı McLaren markasının ən sürətli modelidir. Hiperkarın maksimal sürəti 403 km/saatdır və bu rəqəm bir illik sınaq proqramı çərçivəsində bir neçə dəfə təsdiqlənib. Uokinqdə cəmi 106 ədəd McLaren Speedtail hiperkarı yığılıb və onların hamısı artıq sahiblərinə çatdırılıblar.
Bununla belə, bu hiperkarlardan bəziləri arada satışda da peyda olurlar. Məsələn, belə bir Speedtail hiperkarı Canepa şirkətinin diler salonunda nümayiş olunur. Avtomobil məşhur amerikalı pilot və kolleksiyaçı Brüs Kanepa tərəfindən sifariş edilib və modelin son müştəri nüsxəsi hesab olunur.
Hiperkar, Canepa şirkəti tərəfindən yaradılmış, sonra isə Uokinqdəki McLaren zavodunda hazırlanmış Rootbeer Brown rənginə boyanmışdır. Salonun üzlənməsində dəri və tütün rəngli italyan nubukundan istifadə olunub.
Bütün eksteryer dekoru və kuzov dəsti incə toxunuşlu karbon lifindən hazırlanıb. Belə opsiya Speedtail müştəriləri üçün yalnız modelin istehsal edildiyi müddətinin ortasında əlçatan olub, bu səbəbədən də ona nadir hallarda rast gəlinir. Hiperkarın təkər diskləri Magnesium Graphite rənginə boyanıblar.
Digər hissələr gəldikdə isə, bu hiperkar sadəcə adi Speedtail modelidir. Beş metrdən çox uzunluğu olan karbon kuzovlu hiperkar 4,0-litrlik V8 Twin Turbo mühərrikinə əsaslanan hibrid güc qurğusu ilə təchiz edilib. Sistemin ümumi hasilatı 1070 at qüvvəsi və 1150 Nm fırlanma anı təşkil edir.
Üçyerli kupe 0-dan 100 km/saata 3,0 saniyəyə, 200 km/saata qədər isə, 6,6 saniyəyə sürətlənir. 300 km/saat həddini toplamağa isə,hiperkar 13 saniyə sərf edir. Müqayisə üçün: McLaren P1 hiperkarı eyni tapşırığı 16,5 saniyəyə yerinə yetirirdi. McLaren Speedtail modelinin əsas xüsusiyyəti - aktiv aerodinamika, o cümlədən kuzovun arxa kənarındakı əyiilgən “eleronlardır”.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.