McLaren şirkəti Speedtail superhibridinin ilk test prototipini təqdim edib. Modelin seriyaya buraxılmasından öncə yol sınaqlarının aparılması üçün hazırlanmış superhibrid Albert adlandırılıb. Xatırladaq ki, superkar McLaren F1 «qatırının» və avtomobilin yaradıldığı Albert Drive küçəsinin şəfərinə bu ləqəbə layiq görülüb.
Yol sınaqlarının əlavə sınaq proqramı prototipin xüsusi meydançalarda və ümumi istifadə yollarında sınaqlarını nəzərdə tutur. Superhibridin güc qurğusunun etibarlılığı və dözümlülüyünü Avropa, Şimal Amerika və Afrikada yoxlayacaqdırlar. Albert kimi prototiplər seriya şassisində inşa edilmiş və istehsala hazır olan hibrid güc qurğusu ilə təchiz ediliblər.
McLaren Speedtail xüsusi olaraq bu model üçün hazırlanmış karbon monokokunun əsasında inşa edilib. Uzanmış damcını xatırladan kuzov tamamilə karbondan hazırlanıb. Avtomobilin uzunluğu 5137 millimetrdir. Superhibrid alüminiumdan qolları olan aktiv asqı, karbon-saxsı əyləc mexanizmləri və Pirelli P-Zero şinlərinin xüsusi versiyası ilə təchiz edilir. Speedtail modelinin ümumi çəkisi 1430 kiloqramdır.
1050 at qüvvəsi hasil edən hibrid qurğu Speedtail modelini 300 km/saat həddinə 12,8 saniyəyə sürətləndirir. Müqayisə üçün McLaren P1 modeli bu işə 16,5 saniyə sərf edir. Hiperkarın maksimal sürət toplaması üçün Velocity rejimi nəzərdə tutulmuşdur. Tavanda quraşdırılmış idarəetmə konsolundakı düymə vasitəsi ilə aktivləşdirilən rejim güc aqreqatını tam gücü ilə çalışmasını və kuzovun 35 millimetr «oturmasını» təmin edir.