McLaren şirkəti Sport Series xəttindən olan modellər üçün təkmilləşdirmələr proqramını açıqlamışdır. Təklif edilən detalları 540C, 570S və 570GT modellərinə onlar konveyerdən çıxdıqdan sonra belə quraşdırmaq mümkündür.
Təkmilləşdirmələr proqramı McLaren şirkətinin xüsusi bölümü olan McLaren Special Operations (MSO) tərəfindən hazırlanmışdır. Proqram karbondan hazırlanmış növbəti elementlərin quraşdırılmasını təklif edir: ön splitter, yan «ətəklər», arxa bamperin elementləri və diffuzor, həmçinin yan güzgülərin gövdələri. Bundan başqa. MSO mütəxəssisləri ön bamperon altına müdafiə qatı quraşdırmağı təklif edirlər.
Modellərin interyerləri üçün MSO mütəxəssisləri müxtəlif tərtibat variantlarını hazırlamışdırlar. Eyni zamanda, sükana parlaq əlavələrin quraşdırılmasını nəzərdə tutan iki rəngli tərtibatı da sifariş etmək mümkündür. Bununla bərabər interyeri tamamilə alkantara ilə örtərək seçilən tikişlərlə bəzəmək də olar.
Təkmilləşdirmələrin qiyməti barədə məlumat verilməmişdir.