Bir çox avtomobil istehsalçıları Gran Turismo oyunu üçün virtual superkarlar yaradıblar, lakin onlardan yalnız bir neçəsi öz layihələrinin ən azından tamölçülü maketlərini hazırlayıblar. Virtual avtomobillərin əsasında real, tam işlək superkarlar inşa etməyə cəsarəti çatan şirkətləri isə, barmaqla saymaq olar.

Belə markalardan biri də, 25 nüsxəlik məhdud saylı tirajla buraxılacaq Solus GT hiperkarını nümayiş etdirən McLaren Automotive şirkətidir. Qeyd etmək gərəkdir ki, futuristik superkarın bütün nüsxələri artıq öz sahiblərini tapıblar.

McLaren Automotive şirkətinin baş direktoru Maykl Leyters avtomobili “yol və ya yarış qaydaları olmadan hazırlanmış, virtual yarışlar üçün sıfırdan yaradılmış hiperkar” kimi təsvir edib. Avtomobil hesablama hirdodinamikası metodu və ənənəvi aerodinamik boruda aparılmış sınaqların əsasında yaradılmışdır ki, bu da onu aerodinamika baxımından mümkün qədər səmərəli etməyə imkan verib.

Tək oturacaqlı hiperkar qapı rolunu oynayan sürüşən dam-fənəri, aerodinamik yönləndiriciləri olan təkər disklərini alıb. Öndə iri ölçülü splitter, arxada isə, böyük diffuzor var. İki hissəli arxa qanadla birlikdə bu elementlər 1200 kiloqram yerəbasma qüvvəsinin hasil edilməsinə, kabinənin üstündə və yan tərəflərindəki hava girişləri isə, aqreqatların soyudulmasına cavabdehdir. Monokok və kuzov panelləri karbon lifindən hazırlanıb.

Salon asketik dizaynı və təchizatı ilə diqqət çəkir. Kreslo sabit şəkildə yerləşdirilib - onun vəziyyəti avtomobilin sifarişi mərhələsində hər bir müştəri üçün fərdi olaraq seçilir, lakin Formula 1 motivləri üzrə hazırlanmış pedal qovşağı və sükan tənzimlənir.

Rəqəmsal cihazlar paneli və idarəetmə elementləri sükan çarxına, rəqəmsal arxa görüntü güzgüsünün ekranı isə, pilotun başının üstündəki qoruyucu “haloya” inteqrasiya olunub.

Solus GT model üçün xüsusi olaraq onun üçün hazırlanmış, 840 at qüvvəsi və 650 Nm hasil edən, 10.000 dövr/dəqiqəyə qədər fırlanma qabiliyyətinə malik olan 5,2-litrlik V10 atmosfer mühərriki ilə təchiz edilib.

Mühərrik, asqının elementləri kimi maqnezium və titandan hazırlanan və karbonplastikdən muftası olan 7-pilləli sekvental ötürmələr qutusu ilə birlikdə çalışır. Asqı tənzimlənir, 18-düymlük təkər diskləri üçün isə,  yaş və quru hava üçün şinlər hazırlanıb. Karbon-keramika əyləcləri salondan əyləc balansının tənzimlənməsi sisteminə malikdirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Formula 1 və LMP prototiplərinin texnologiyasını özündə əks etdirən McLaren Solus GT modeli birlikdə, avtomobilin sahibi FIA tərəfindən sertifikatlaşdırılmış yarış kombinezonununi, dəbilqə və HANS sistemini, həmçinin radioəlaqə üçün qulaqlıqları alacaqdır.

Bundan başqa, avtomobil sahiblərinin öz hiperkarlarının bütün potensialını aça bilmələri üçün, xüsusi təlim proqramı təklif edəcəklər. McLaren Special Operations fərdiləşdirmə proqramının bir hissəsi olaraq, Solus GT alıcıları avtomobillərini öz zövqlərinə uyğun tərtib edə biləcəklər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.