McLaren şirkəti F1 (1992-2000) və P1 (2013-2015) modellərinin əfsanəvi sülaləsini davam etdirəcək yeni flaqman hiperkarını təqdim edib. Yeni hiperkar McLaren W1 adlanır və o, brendin tarixində ümumi yollara çıxışı olan ən güclü hiperkardır. Eyni zamanda, o, elementləri sonradan digər McLaren modellərində tətbiq ediləcək tamamilə yeni güc qurğusunu alan ilk modeldir.
Yeni flaqman McLaren Artura modelindən artıq tanış olan MCLA (McLaren Carbon Fiber Lightweight Architecture) platformasına əsaslanır. Bu, Aerocell karbon monokokdur və onun ayrıca ön alt çərçivəsi yoxdur (yalnız krəş-bokslar var), üfüqi amortizatorları olan push road tipli asqı birbaşa monokoka bərkidilir. Arxa tərəfdəki alüminium alt çərçivə saxlanılıb və onun üzərinə güc qurğusu, habelə adi dayaqları olan ikiqollu asqı quraşdırılıb.
Hibrid sistemin əsasını MPH-8 kodu ilə işarələnmiş yeni 4,0-litrlik V8 benzin mühərriki təşkil edir. O, 90 dərəcə aşınma bucağı olan bloka və yan tərəflərdəki iki axınlı turbokompressorlara malikdir. Mühərrik 929 at qüvvəsi və 900 Nm hasil edir, üstəlik, 9200 dövr/dəqiqəyə qədər sürətlənə bilir! Transmissiya - iki muftalı səkkiz pilləli “robot”dur, lakin onun arxa ötürməsi yoxdur: hiperkarın geriyə elektrik dartması ilə hərəkət edir.
Şirkətin öz məhsulu olan E-Module tərkibinə oxlu dartma elektrik mühərriki (346 at qüvvəsi, 440 Nm), idarəetmə bloku və 1,4 kilovat/saatlıq dartma batareyası daxildir. Yəni, elektrik üstqurumu əvvəlki flaqman P1 hiperkarındakından demək olar ki, iki dəfə güclü olub, lakin batareyanın tutumu ciddi şəkildə azalıb (əvvəllər 4,7 kilovat/saat) və artıq məişət şəbəkəsindən enerji doldurmaq imkanı yoxdur. Elektrik enerjisi ilə McLaren W1 cəmi 2 kilometr məsafə qət edə bilir, lakin E-Module qurğusunun çəkisi cəmi 20 kiloqram təşkil edir – o, P1 modelinin bütün elektrik sistemindən üç dəfə kiçikdir.
Güc qurğusunun ümumi hasilatı əvvəlki flaqmandakı 916 at qüvvəsi və 900 Nm-ə qarşı 1275 at qüvvəsi və 1340 Nm-dir. Üstəlik, tam ötürmədən söhbət gedə bilməz: McLaren ənənələrə hörmət edir və yalnız arxa ötürməli avtomobillər buraxır. Differensial elektron şəkildə idarə olunur. Kupenin quru çəkisi cəmi 1399 kiloqramdır ki, bu da P1 modelində olduğundan cəmi 4 kiloqram çoxdur. 100 km/saat sürətlənmə 2,7 saniyə, 200 km/saat sürətlənmə isə 5,8 saniyə çəkir. Xatırladaq ki, P1 modeli bu işə müvafiq olaraq 2,8 və 6,8 saniyə sərf edir. Maksimum sürət əvvəlki 350 km/saat həddində məhdudlaşdırılıb.
Lakin W1 hiperkarının sələfi ilə müqayisədə əsas üstünlüyü sürət deyil, aerodinamikadır. Mühəndislər hiperkarın aerodinamik xüsusiyyətlərini optimallaşdırmaq üçün külək tunelində 350 saat vaxt sərf ediblər. Kupenin ön hissəsində aktiv splitter var, damda daxili yanma mühərriki üçün əlavə hava girişi quraşdırılıb, hətta güclü burulğan yaratmamaq üçün asqının alüminiumdan qolları dəqiq hesablanmış profilə malikdirlər. Arxa tərəfdə isə, Active Long Tail var - hərəkət edən qanad, təkcə hücum bucağını dəyişdirmək üçün deyil. Ən ekstremal Race rejimində, hava axını sabitləşdirmək üçün, antiqanad 300 millimetr geriyə doğru hərəkət edir.
Bu konfiqurasiyada hiperkarın dayağı 280 km/saat sürətində bir tona ekvivalent olan yerəbasma qüvvəsini yarada bilər! Arxa antiqanadın çəkisi 650 kiloqramdır. Müqayisə üçün: McLaren P1 modeli cəmi 600 kiloqram yerəbasma qüvvəsi ilə öynə bilər. Eyni zamanda, Race rejimində (Comfort və Sport rejimləri də mövcuddur) asqının klirensi öndə 37, arxada isə, 18 millimetr azaldılır. McLaren W1 karbon-keramika əyləcləri (öndə altı porşenli, arxada dörd porşenli mexanizmlər) və Pirelli P Zero Trofeo RS yarıslikləri ilə təchiz olunub, 100 km/saatdan əyləc məsafəsi cəmi 29 metr, 200 km/saatdan isə, 100 metrdir.
Maraqlıdır ki, McLaren W1 modelinin sələfləri kəpənək qanadı tipli qapılarla təchiz olunsa da, o qağayı qanadı tipli qapılara malikdir. Oturacaqlar möhkəm bərkidilib, tənzimlənənlər isə, yalnız sükan çarxı (cihazlar panelinin ekranı ilə birlikdə) və pedal qovşağıdır. Bu, təkər bazasının ölçüsünü böyütməməyə imkan verib: o, P1 modelindəkindən (2680 millimetr) cəmi 10 millimetr uzundur. Oturacaqların arxasında baqaj meydançası var. Təchizata səkkiz düymlük ekranı olan media sistemi daxildir (Apple CarPlay və Android Auto tətbiqlərinin dəstəyi ilə), lakin salonda ən diqqət çəkən detallar günəşliklərdir. Onlar 2,5 millimetr qalınlığındakı karbonplasik lövhələrdir.
McLaren W1 hiperkarının qiyməti ən azı 2,1 milyon dollardır, lakin artıq onu sifariş etmək mümkün deyil. Planlaşdırılan 399 avtomobilin bütün seriyası təqdimatdan əvvəl satılıb. Xatırladaq ki, əvvəlki McLaren P1 hiperkarı 375 (ekstremal xüsusi versiyaları nəzərə almadan), McLaren F1 superkarı isə, 106 nüsxəlik tirajla buraxlılıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.