McLaren Automotive şirkəti özünün model cərgəsində ən ucuz avtomobili olan 570S sportkarının xüsusi modifikasiyasını təqdim etmişdir. Bu unikal avtomobil McLaren komandasının Formula 1 çempionatındakı debütünə həsr edilmişdir. Britaniya komandasının ilk bolidi 1966-cı ildə Monako Qran Prisində ilk dəfə yarış trekində peyda olmuşdur. Britaniya istehsalçısı bu əlamətdar hadisəni qeyd etmək üçün yeganə nüsxədə olan 570S sportkarını hazırlamışdır. McLaren komandasının ilk bolidinin 50 illik yubileyinin şərəfinə buraxılan xüsusi avtomobil adi sportkarlardan kuzovunun rəng tərtibatı ilə seçilir.
McLaren 570 S modelinin kuzovu ag rəngə boyanmış, onun qabaq hissəsinə, kapotu və damına yaşıl rəngli dekorativ elementlər çəkilmişdir. Buna bənzər rəng sxemi, 50 il bundan öncə Monte-Karloda keçirilən yrışda iştirak etmiş McLaren M2B bolidinin üzərində də mövcud idi.
Avtomobilin texniki cəhətdən dəyişilkilyə məruz qalıb-qalmadığı barədə heç bir məlumat yoxdur. McLaren 570S sportkarı 570 at qüvvəsi və 600 Nm fırlanma anı olan 3,8-litrlik iki turbokompressorlu V8 mühərriki və iki muftalı yeddi pilləli «robotla» təchiz edilir.
Avtomobil 100 km/saat sürətini 3,2 saniyəyə, 200 km/saat sürətini isə 9,5 saniyəyə toplayır. McLaren 570S modelinin maksimal sürəti 328 km|saat təşkil edir. Nadir avtomobilin gələcək taleyi də naməlum olaraq qalır - onun satılıb-satılmayacağı barədə də heç bir açıqlama verilməmişdir.
Britaniya komandasının ilk bolidi Concorde təyyarəsinin mühəndisi Robin Hed tərəfindən yaradılmışdır. Bolid 307 at qüvvəsi olan səkkiz silindirli Ford mühərriki ilə təchiz edilirdi. Monako mərhələsində avtomobili komandanın banisi Bryus MakLaren idarə edirdi.
Sırlama turlarında MakLaren 10-cu yeri tutmağa müvəffəq olmuşdur. Yarışda altıncı pilləyə yüksələn pilot texniki nasazlıq üzündən yarışı tərk etmək məcburiyyətində qalmışdı.