McLaren komandası bir daha xurafatçı olmadıqlarını sübut edərək, fevral ayının 13-də yeni avtomobillərinin təqdimatını keçiriblər. Xatırladaq ki, bir bundan əvvəl, ayın 13-də Mercedes komandası da daxil olmaqla üç təqdimat reallaşmışdı.
MCL35 ənənəvi olaraq Uokinqdə təqdim edilib. Tədbirə mətbuatı və azarkeşlərin kiçik bir qrupu dəvət olunub. Qalanlar isə, baş verənələ sosial şəbəkələrdə və komandanın veb saytında canlı şəkildə izləmək şansına malik olublar.
Təqdimat uzun sürən rəsmi çıxışlarla başlamayıb. McLaren birinci olaraq bolidi nümayiş etdirib, sonra isə, komanda nümayəndələri səhnəyə çıxıblar. Təqdimat cəmi iyirmi dəqiqə davam edib.
Yeni bolid artıq bir çoxalrına tanış olan livreyada səhnəyə çıxıb. Xatırladaq ki, komandanın tərkibində dəyişiklər olmayıb – pilotlar və texniki gərərgah keçən il olduğu kimidir.