Gələn il debüt edəcək McLaren şirkətinin yeni hibrid superkarı Artura adlandıracaqdır. Şirkət üçün yeni superkar həm də High-Performance Hybrid (HPH) sinifinin ilk seriya avtomobili, həm də yeni ailənin banisi olacaqdır.
İstehsalçının gərəcək modelin prototipinin şəkillərini dərc etməsinə baxmayaraq, McLaren Artura modeli haqqında geniş məlumat verilmir. Superkar McLaren Composites Technology Center (MCTC) tərəfindən hazırlanmış və layihələndirilmiş yeni McLaren Carbon Lightweight Architecture (MCLA) arxitekturası üzərində qurulacaq və yeni V6 biturbo mühərrikinin əsasında yaradılmış hibrid güc qurğusu ilə təchiz ediləcəkdir.
Altısilindrli mühərrikin hasilatı hibrid olmayan V8 mühərrikləri ilə eyni səviyyədə olacaq, lakin bonus olaraq, alıcılar aşağı dövrələrdən əlçatan olan yaxşılaşdırılmış dartmanı və elektrik ötürməsi ilə hərəkət etmə qabiliyyətini əldə edəcəklər. İlkin məlumata görə, daxili yanma mühərriki işə salınmadan, McLaren Artura modeli təxminən 32 kilometr məsafə qət edə biləcəkdir. Hibrid superkar yeni ailənin başlanğıc modeli rolunu öz üzərinə götürəcək, ən azında McLaren 540C modelini əvəz edəcəkdir.
Şirkət, P1 və Speedtail modellərinin yaradılması zamanı əldə etdiyi bütün təcrübəni yeni superkarda tətbiq edəcəyini bildirib. Bu, yeni superkarın texnoloji cəhətdən ən mütərəqqi McLaren modellərindən biri olacağına işarə edir. Artura modelinin dünyavi təqdimatı yaxın aylarda baş tutmalıdır.