Helsinki şəhərinin dairə məhkəməsi fin milyarder Antti İlmar Aarnio-Vihuri piyadaya yol vermədiyi üçün 77808 avro cərimələyib. Bu barədə xəbəri Ilta-Sanomat nəşri təqdim etmişdir.
Hadisə 2016-cı ilin 5 mart tarixində baş vermişdir. Varidatı 1,7 milyard avro təşkil edən iş adamı ətrafdakı avtomobillərin dayanaraq piyadanı buraxmalarına baxmayaraq ona yol verməmişdir. Hadisə zamanı xəsrət alan olmamışdır, qayda pozuntusuna yol vermiş sürücü isə polisə avtomobili dayandırmaq üçün vaxtının olmadığını bildirmişdir. Aarnio-Vihurinin vəkili məhkəmənin qərarına etiraz verərək cərimə məbləğinin həddən ziyadə yüksək olduğunu bildirmişdir. Lakin, məhkəmə qərarı qüvvədə saxlayaraq cavabdehin 12 gün müddətində cəriməni ödəməsini tələb etmişdir.
Aarnio-Vihuri texnika və topdansatış ticarəti ilə, həmçinin aviasiya sənayesi sahəsində məşğul olan şirkətə başçılıq edir. Finlyandiyada cərimələrin şəxsin gəlirlərinə əsasən hesablanması sistemi mövcuddur. Bu sxem yalnız ciddi qayda pozuntuları olduqda tətbiq edilir. Belə cərimələr müxtəlif təsbit edilmiş dərəcələrə əsasən qayda pozuntusunun ağırlığını nəzərə alınaraq hesablanır.
Polisin saytında xüsusi kalkulyator mövcuddur ki, burada da həmin dərəcələri aylıq təmiz gəlirə və ailə üzvlərinin sayına görə hesablamaq mümkündür.