Meksikalı narkotik tacirləri mallarını sərhəddən keçirmək sahəsində ideya qıtlığı yaşamırlar. Əksər hallarda cinayətkarlara hüquq-mühafizə orqanlarını aldadaraq, narkotik maddələri sərhədin o tayına keçirməyə müvəffəq olurlar. Lakin, hərdən onların işləri tərs də gedir.
Məsələn, bu yaxınlarda narkodilerlərin logistika səhvi onlara çox baha başa gəlib. Göndərilən növbəti partiya yerli narkodilerlərinin əlinə keçmək əvəzinə Kanadadakı Ford dilerlərinə göndərilib. Ontario polisinin verdiyi mətbuat açıqlamasında Ford şirkətinin Şərqi Kanadadakı dörd diler mərkəzinə baqajında qeyri-orijinal ehtiyat təkərləri olan Ford Fusion modelləri daxil olduğu bildirilir. Bildiyimiz kimi, Ford Fusion modeli amerikan şirkətinin Meksikadakı zavodunda istehsal olunur.
Ford Fusion
Diler mərkəzinin əmıəkdaşları ehtiyat təkərlərinin içərisində metamfetamin ilə dolu olan səliqə ilə düzülmüş paketləri aşkar ediblər və dərhal polisə xəbər veriblər. Polis, öz növbəsində, ətraflı məlumat almaq üçün Ford şirkətinin yerli nümayəndəliyi və amerikan markasının Meksikadakı zavodunun rəhbərliyi ilə əlaqə saxlayıb.
Ford markasının 13 diler mərkəzində aparılmış axtarışlar zamanı doqquz avtomobildə narkotik maddələr aşkar edilib. İçərisində metamfetamin olan daha altı avtomobili isə birbaşa qatardan endiriblər. Ümumilikdə, güc strukturları 180 kiloqram narkotik maddə aşkar ediblər ki, onların da ümumi dəyəri 4,5 milyon dollar edir. Böyük ehtimalla, narkotikləri Meksikadakı zavodun əməkdaşları yerləşdiriblər. Onların Kanadadakı ortaqları isə, nədənsə avtomobilləri vaxtında «təmizləyə» bilməyiblər.
Meksikalılar çox səliqəli işləyiblər
Polis bu işin arxasında Meksikanın ən iri narkokarteli olan Sineloanın durduğundan əmindir. Ümumiyyətlə, narkodilerlərin həyasızlığı sərhədlər tanımır. 2017-ci ildə Meksikadakı zavoddan ABŞ-a yarım ton marixuana göndərilib. O zaman cinayətkarlar «şeyi» harada gizlətdiklərini təxmin etmək çətin deyil. Bəli, bəli, məhz Ford Fusion modellərinin ehtiyat təkərlərində.