Mercedes-Benz şirkəti AMG ailəsinin ən əlçatan modeli olan Mercedes-AMG A35 4Matic “qaynar” hetçbekini təqdim edib. Model yeni turbomühərrikə və asqının xüsusi tənzimləmələrinə sahib olub.
Mercedes-AMG A35 4Matic hetçbeki gücləndirilmiş ön hissəyə sahib olub. Mühəndislər mühərrikin altında boltlarla bağlanılan “sərtlik panelini” və diaqonal dirəkləri quraşdırıblar. Bu yeniliklər avtomobilin dönmə qabiliyyətini yaxşılaşdırmış, hətta yüksək sürətlərdə belə ön təkərlərin mailliyini sabit saxlamağa imkan verib.
“Qaynar” hetçbek adi A-Class’dan götürülmüş 2,0-litrlik dörd silindrli turbomühərrik ilə təklif edilir. Mühərrikalüminiumdan hazırlanmış yüngülləşdirilmiş karterə, işlənmiş qazlar üçün iki kanalı olan turbokompressor, qazpaylaşdırıcı fazaların dəyişdirilməsi sisitemi, pyezoelektrik çiləmə və multiqığılcımlı alışma ilə təchiz olunub.
Turbomühərrik 306 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edir. Güc areqatı launç-kontrol funksiyasına və ötürmələri sükanaltı dəstəklər vasitəsi ilə etmək imkanına malik olan yeddi pilləli “robotla” tandemdə çalışır. A35 modeli 100 km/saat həddinə 4,7 saniyəyə sürətlənir.
Mercedes-AMG A35 4Matic modeli arxa oxu birləşdirən elektromexaniki muftaya malik olan tam çəkiş sistemi ilə də təchiz edilir. Sistem fırlanma anını uzununa və köndələn sürətlənmənin səviyyəsindən, sükanın dönmə bucağından, həmçinin akselerator pedalının vəziyyətindən və seçilmiş pillədən asılı olaraq paylaşdırır.
“Qaynar” hetçbekin təchizatına transmissiyanın, mühərrikin və tam çəkiş sisteminin fərdi parametrlərini müəyyən etməyə imkan verən, dörd öncədən quraşdırılmış profili olan hərəkət rejimini seçmə sistemi daxil edilibdir. Bundan başqa, döngəyə nisbətən daxildə olan arxa təkəri əyləcləmək ilə, dartma vektorunun idarə olunmasını imitasiya edən sistem də mövcuddur.
Modelin avadanlıq siyahısına elektronika ilə idarələnən adaptiv amortizatorlar, öndə 350 (arxada 330) millimetrlik dəlikli diskləri və dörd porşenli monoblok supportları olan əyləc sistemi, ötürmə nisbəti dəyişilən elektromexaniki sükan gücləndiricisi və elektronika idarə edilən çəpərcikləri olan səsboğucu sistem daxildir. Hetçbekin salonunda AMG tərtibatına malik olan cihazlar panelini, MBUX multimedia sistemini, sensorlu düymələri olan sükan çarxını və idman oturacaqlarını görmək olar.
Əlavə ödənişlə AMG Track Pace vitrual yarış yardımçısını da sifariş etmək mümkündür. Bu yardımçı trekdə yürüşlər zamanı 80 parametri yaddaşda saxlamaq iqtidarındadır.
Mercedes-AMG A35 4Matic modelinin kütləvi təqdimat mərasimi Paris avtosalonunda keçiriləcəkdir. Avtomobilin satışlarına oktyabr ayının sonunda başlanacaqdır. İlk müştərilər avtomobillərini gələn ilin yanvar ayında almalıdırlar.