"Bərkgedən" Mercedes-AMG A45 hetçbekinin debütü üç ay ərzində baş tutmalıdır. Avtomobil Detroytda və Cenevrədə nümayiş olunacaqdır. 45 modeli A-Class ailəsinin ən bərkgedən variantı olmaqla yanaşı, yeni modellərə təkan verəcəkdir. "Bu bir deyil, dörd avtomobil olacaqdır", - AMG bölümünün başçısı Tobias Moers bildirib. Bunlar CLA 34 sedanı, CLA 45 Shooting Brake və GLA 45 AMG krossoveri olacaqdır.
Xatırladaq ki, oktyabr ayında Moers "bərkgedən" hetçbekin drift rejimi olan tam çəkiş sistemi ilə təchiz ediləcəyini bildirmişdi: "Biz onu 4Matic+ adlandıracağıq, Heç bir dönmə çatışmamazlığından danışmaq lazım deyildir!". Hetçbekin yanakı gedişi "anti-milad" videoçarxında görüntülənib.
306 at qüvvəsi və 400 Nm fırlanma anına malik olan Mercedes-AMG A35 rəqiblərini üstələyə bilməsə də, A45 barədə bunu söyləmək olmaz. A45 modelinin 8G-DCT "robotla" tandemdə çalışan hibrid köməkçili 2,0-litrlik turbomühərriki 405 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edir.
Müqayisə üçün, Audi RS 3 Sportback modelinin 2,5-litrlik turbomühərriki 400 at qüvvəsi və 480 Nm hasil edir. BMW M140i xDrive modeli isə ümumiyyətlə hər iki rəqibindən geridə qalır - 340 at qüvvəsi və 500 Nm. Bavariyalıların ümidi 410 at qüvvəsi və 550 Nm fırlanma anına malik olan M2 Competition modelidir.