Mercedes‑AMG bölməsi yeni nəsil C 43 4Matic sedan və universalını təqdim edib. Gözlənildiyi kimi, “qaynar” model 3,0-litrlik V6 turbomühərrikini SL 43 rodsterindən tanış olan 2,0-litrlik “turbodördlüyə” dəyişib və tam idarələnən şassini əldə edib. Mühərrik elektrik turbokompressoruna malikdir və AMG Speedshift MCT 9G “avtomatı” ilə təchiz edilir. Güc qurğusunun ümumi hasilatı 408 at qüvvəsi və 500 Nm fırlanma anıdır.

Adi Mercedes-Benz C-Class modelinin mühərrik çeşidində altısilindrli aqreqatlar qalmayıb. Yeni Mercedes‑AMG C 43 4Matic modelində də belə mühərrik olmayacaq. "Qaynar" sedan və universal indi SL 43 rodsterindən götürülmüş 2,0-litrlik M139 turbomühərriki ilə təchiz edilir.

Daxili yanma mühərriki elektrik turbokompressoru, kəmərlə idarə olunan 48 voltluq starter-generatoru, habelə giriş kollektoruna və silindrə müxtəlif püskürtmə növlərinin kombinasiyası ilə öyünə bilər. Burada həmçinin Nanoslide texnologiyasından (silindrinin aşağı sürtünməli divar örtüyü), habelə silindr başlığı və karterin ayrı-ayrı soyutma konturlarından istifadə olunub.

Mercedes-AMG SL 43 rodsterində bu mühərrik 381 at qüvvəsi və 480 Nm fırlanma anı istehsal edir. Kəskin sürətlənmə zamanı startyor-generator 14 at qüvvəsi əlavə edə bilər. C 43 4Matic modelində aqreqatın hasilatı 408 at qüvvəsi və 500 Nm fırlanma anına çatdırılıb, buna görə də sedan və universal dinamikada rodsteri üstələyir: “qaynar” sedan və universal 100 km/saata müvafiq olaraq 4,6 və 4,7 saniyə sürətlənir. Rodster isə, bu işə 4,9 saniyə sərf edir. Lakin rodsterin maksimal sürəti daha yüksəkdir: 250 km/saata qarşı 275 km/saat (AMG Drivers Package ilə 265 km/saat).

Güc aqreqatı çoxdiskli “yaş” muftası olan AMG Speedshift MCT 9G “avtomatı” ilə tandemdə çalışır, lakin C 43 modelində tam ötürmə sistemi dartma qüvvəsini 31:69 nisbətində arxa oxun xeyrinə bölür. Mercedes-Benz C-Class modeli standart olaraq Slippery, Comfort, Sport, Sport+ və tənzimlənən Individual proqramı olan AMG Dynamic Select sistemi ilə təchiz ediliir. Standart adaptiv asqı üç səviyyəli sərtlik seçimini təklif edir, parametrik sükan mexanizmi isə, sükanın dönmə bucağından, sürət və seçilmiş idarəetmə profilindən asılı olaraq gücü tənzimləyir.

Üstəlik, tam ötürməli şassi, idman əyləcləri (öndə dörd porşenli sabit, arxada isə tək porşenli üzən supportlar) və idarələnən çəpərciyi olan AMG buraxılış sistemi üçün əlavə pul ödəmək deyil. Buraxılış xətti artıq müvafiq “saundtrəki” yaradır, lakin onu daha effektiv etmək üçün, salonda mühərrikin səsini gücləndirən AMG Real Performance Sound opsiyasını da sifariş etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mercedes‑AMG C 43 4Matic modeli zahiri cəhətdən Panamerica radiator barmaqlığı, orijinal bamperləri və kandarları ilə seçilir. Sedan üçün 18 - 20 düymlük diskləri sifariş etmək olar. Salonda Artico süni dərisi və Microcut mikrofiberi (əsl dəri və nappa opsiyadır) ilə üzlənmiş idman oturacaqları, AMG Performance sükanı və MBUX media sistemi mövcuddur. Sonuncu menyunun xüsusi elementləri, habelə trekdə hərəkət zamanı səksəndən çox parametri yadda saxlayan və təhlil edən quraşdırılmış AMG Track Pace rekorderi ilə seçilir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.