Mercedes-Benz şirkətinin AMG bölməsi sosial şəbəkələrdə yeni sürət qayığının tizerini dərc edib. Qayıq amerikan Cigarette Racing Team tərsanəsi ilə birlikdə inşa edilib. Dizaynı Mercedes-AMG GT 4-Door Coupe modelindən ilham alınaraq yaradılmış qayıq, Mayamidə keçiriləcək yaxta və qayıqlar sərgisində debüt edəcəkdir.
Mercedes-AMG layihə haqqında məlumat verməyib. Məlum olan, spidbotun dizaynına Daimler AG konserninin baş dizayneri Qordon Vaqenerin cavabdeh olduğudur. Cigarette Racing isə öz üzərinə layihənin mühəndislik tərəfini götürüb. Tizerdən göründüyü kimi, spidbotun əsasını Cigarette tərsanəsinin standart modellərindən biri təşkil edəcəkdir.