Bildiyimiz kimi, Mercedes-AMG model xəttində GT R avtomobilinin xüsusi yeri vardır. Əgər siz bu avtomobili idarə etməyi sevirsinizsə, lakin, eyni zamanda dörd sərnişinlik avtomobilə sahib olmaq istəyirsinizsə, rahat nəfəs ala bilərsiniz. Belə bir avtomobil artıq sınaqlarda iştirak edir.

Motor1 saytının dərc etdiyi xəbərdə Mercedes-AMG C63 R modelinin hazırlanığını və tezliklə sürət həvəskarlarının ixtiyarına veriləcəyi iddia olunur. Bunun təsdiqi kimi, Nürburqrinqin “Şimal ilgəyində” sınaqları keçirilən yenilənmiş C63 kupesinin cəsus şəkilləri də xəbərə əlavə edilmişdir. Digər bir ehtimala əsasən, bu prototip yenidən bərpa edilməsi barədə saiyələr gəzən Black Series modelinin carçısı da ola bilər. Adından asılı olmayaraq prototip alman şirkətinin “bərkgedən” modellərinə xas olan aqressiv aerodinamik kuzov dəsti ilə təchiz edilmişdir. Misl üçün, yerə basma gücünü artıran süsusi dəliklərlə təchiz edilmiş ön splitteri, ön bamperin alt barmaqlığı boyu uzanan cilalanmış əlavəni, aerodinamik formalı yan kandarları və diffuzor quraşdırlmış arxa bamperi  göstərmək olar.

Baqaj bölümnün qapağına quraşdırılmış yan tərəfləri kəskin qatlanmış arxa antiqanadı da unutmaq gərək deyil.

Prototipin qabaq qanadlarında gördüyümüz “V8 Biturbo” emlemi onun kapotunun altında 4,0-litrlik iki turbokompressorlu  V8 mühərrikinin quraşdırılmdığını bildirir. Xatırladaq ki, Mercedes-AMG C63 S kupesində bu mühərrik 503 at qüvvəsi və 700 Nm fırlanma anı təklif edir.

Mercedes-AMG GT R superkarında isə bu mühərrikini 577 at qüvvəli variantı quraşdırılmışdır. Bununla belə C63 R modelinin hansı güc variantı olan mühərriki alacağı məlum deyildir. Kamuflyajın olmaması avtomobilin yaxın vaxtlarda təqdim olunacağından xəbər verir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt