Mercedes-Benz şirkəti “qaynar” Mercedes-AMG CLA 35 4Matic modelinin ilk tizerini dərc edib. Yeni avtomobil haqqında ətraflı məlumat verilməyib. Yaxın günlərdə alman istehsalçısı “qaynar” model barədə açıqlama verməlidir.
Çox güman ki, “qaynar” sedanın texniki hissəsi A35 4Matic sedan və hetçbeki ilə eyni olacaqdır. Avtomobil 306 at qüvvəli 2,0-litrlik turbomühərrikə, yeddi pilləli “robota” və elektromexaniki çoxdiskli muftası olan tam çəkiş sisteminə sahib olacaqdır. Bənzər güc aqreqatına malik olan Mercedes-AMG A35 4Matic 100 km/saat həddini 4,8 saniyəyə toplayır. Onun maksimal sürəti 250 km/saatdır.
“Qaynar” Mercedes-AMG CLA 35 4Matic sedanının təchizatına səslə idarələnən MBUX multimedia sistemi, üç rejimə malik olan virtual cihazlar paneli və idman oturacaqları daxil olacaqdır.