Mercedes-AMG bölümü 35 indeksi olan ailənin üçüncü nümayəndəsini təqdim edib. Bu, Mercedes-AMG CLA 35 4Matic kupeşəkilli sedanıdır. “Qaynar” sedan A 35 seriyasından olan avtomobillərin texniki hissəsinə sahib olub. “Qaynar” kupeşəkilli sedan adi CLA modelindən kuzovun artmış sərtliyi ilə seçilir.
Mercedes-AMG CLA35 4Matic modeli, Mercedes-AMG A35 4Matic kimi, gücləndirilmiş ön hissəyə sahib olub. Mühəndislər mühərrikin altında boltlarla bağlanılan “sərtlik panelini” və diaqonal dirəkləri quraşdırıblar. Bu yeniliklər avtomobilin dönmə qabiliyyətini yaxşılaşdırmış, hətta yüksək sürətlərdə belə ön təkərlərin mailliyini sabit saxlamağa imkan verir.
“Qaynar” kupeşəkilli sedan, Mercedes-AMG A35 4Matic sedan və hetçbekindən tanış olan 2,0-litrlik dörd silindrli turbomühərrik ilə təklif edilir. Mühərrik alüminiumdan hazırlanmış yüngülləşdirilmiş karterə, işlənmiş qazlar üçün iki kanalı olan turbokompressor, qazpaylaşdırıcı fazaların dəyişdirilməsi sisitemi, pyezoelektrik çiləmə və multiqığılcımlı alışma ilə təchiz olunub.
Turbomühərrik 306 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edir. Güc areqatı lounç-kontrol funksiyasına və ötürmələri sükanaltı dəstəklər vasitəsi ilə etmək imkanına malik olan yeddi pilləli “robotla” tandemdə çalışır. Mercedes-AMG CLA35 4Matic sedanı 100 km/saat həddinə 4,9 saniyəyə sürətlənir. Sedanın maksimal sürəti 250 km/saatdır. Sürətlənmə göstəricisinə görə CLA35, A35 sedanından 0,1 saniyə, A35 hetçbekindən isə 0,2 saniyə yavaşdır.
Mercedes-AMG CLA35 4Matic modeli arxa oxu birləşdirən elektromexaniki muftaya malik olan tam çəkiş sistemi ilə də təchiz edilir. Sistem fırlanma anını uzununa və köndələn sürətlənmənin səviyyəsindən, sükanın dönmə bucağından, həmçinin akselerator pedalının vəziyyətindən və seçilmiş pillədən asılı olaraq paylaşdırır.
“Qaynar” sedanın təchizatına transmissiyanın, mühərrikin və tam çəkiş sisteminin fərdi parametrlərini müəyyən etməyə imkan verən, dörd öncədən quraşdırılmış profili olan hərəkət rejimini seçmə sistemi daxil edilibdir. Bundan başqa, döngəyə nisbətən daxildə olan arxa təkəri əyləcləmək ilə, dartma vektorunun idarə olunmasını imitasiya edən sistem də mövcuddur.
Modelin avadanlıq siyahısına 18-düymlük AMG təkər diskləri (19-düymlük disklər opsiyadır), elektronika ilə idarələnən adaptiv amortizatorlar, öndə 350 (arxada 330) millimetrlik dəlikli diskləri və dörd porşenli monoblok supportları olan əyləc sistemi, ötürmə nisbəti dəyişilən elektromexaniki sükan gücləndiricisi və elektronika idarə edilən çəpərcikləri olan səsboğucu sistem daxildir. Hetçbekin salonunda AMG tərtibatına malik olan cihazlar panelini, MBUX multimedia sistemini, iki displeyi olan AMG Performance sükan çarxını (opsiya), həmçinin dəri və mikrofibra ilə üzlənmiş idman oturacaqlarını, idarəetmə elektronikasının beş rejimi olan selektorunu görmək olar.
Əlavə ödənişlə AMG Track Pace vitrual yarış yardımçısını da sifariş etmək mümkündür. Bu yardımçı trekdə yürüşlər zamanı 80 parametri yaddaşda saxlamaq iqtidarındadır.