Mercedes-Benz şirkəti təsdüfən CLA 35 modifikasiyasının konfiquratorunda hələ təqdim edilməmiş Mercedes-AMG CLA 45 S sedanının şəkilini dərc edib. Şəkildən də göründüyü kimi, “bərkgedən” sedan daha aqressiv dizayna və buraxılış sisteminin dörd çıxış borusuna sahib olacaqdır.
Gəzən şayiələrə görə, Mercedes-AMG CLA 45 modelini gücü 390 at qüvvəsinə qədər artırılmış 2,0-litrlik dördsilindrli turbomühərrik ilə təchiz edəcəkdirlər. S indeksli modifikasiya isə 420 at qüvvəsinə malik olacaqdır. Güc aqreqatı səkkiz pilləli AMG Speedshift DCT “robotu” ilə tandemdə çalışacaqdır. Avtomobil E63 modelində olduğu kimi drift rejiminə malik olan 4Matic+ tam çəkişli sistemə malik olacaqdır.