Mercedes-Benz CLA modeli 2023-cü ilin əvvəlində xırda yenilənməyə məruz qalıb və bu, modelin bütün modifikasiyalarına, o cümlədən Mercedes-AMG subbrendinin “bərkgedən” versiyalarına da təsir göstərib.

Bir il sonra, alman avtomobil istehsalçısı ABŞ bazarı üçün Mercedes-AMG CLA 45 S modelinin ən məhdud saylı və ən bahalı versiyasını hazırlayıb və o, iddialı Edition 1 adını alıb. Bu, modelin Şimali Amerika bazarında satılan ən nadir və ən bahalı versiyası olacaq.

Avtomobil tutqun Manufaktur Mountain Grey Magno rəngində boyanıb və qara qrafika ilə tamamlanıb - AMG loqotiplərindən pattern damalı bayraq naxışını yaradır. Eksteryerdə narıncı aksentlər var, AMG Night Package Plus və AMG Aerodynamics Package paketləri isə, standart təchizata daxildirlər.

Avtomobil tutqun qara rəngli 19-düymlük AMG disklərini və qırmızı rəngli AMG Performance əyləc supportlarını alıb. Salonda qara mikrofiberdən üzlükləri və narıncı tikişləri olan AMG Performance oturacaqları var. Oturacaqların başlıqlarını narıncı rəngli CLA 45 S loqotiplər bəzəyir, ön paneldə isə, seçilən narıncı tikişlər var.

Image alt Image alt Image alt Image alt

Edition1 versiyasının interyerində həmçinin qırmızı işıqlandırmanı və eyni işıqlandırmaya malik olan AMG kandar lövhələrini görmək olar. AMG Performance sükan çarxı dəri və mikrofiberlə işlənib, qara dekor panelləri isə, alüminiumdan hazırlanıb.

Xüsusi versiya heç bir texniki dəyişikliyi nəzərdə tutmur - Edition 1versiyası 8-pilləli robotlaşdırılmış ötürmələr qutusu və 4Matic+ tam ötürməsi ilə birləşdirilmiş 421 at qüvvəli 2,0-litrlik benzin turbomühərrikinə malikdir. Avtomobilin tirajı 25 nüsxədən ibarət olacaq. Xüsusi versiyanın qiyməti 81 195 dollardan başlayır.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.