Mercedes-Benz şirkəti yeni nəsil CLS sedanının "bərkgedən" variantı olan Mercedes-AMG CLS 53 4Matic+ sedanının təsvir edildiyi videoçarxı yayıb. Video istehsalçının rəsmi Facebook səhifəsində dərc edilib.
Bununla belə, istehsalçı "bərkgedən" CLS sedanı haqqında heç bir məlumat verməyib. Lakin, modelin adından göründüyü kimi, sedan 4Matic+ tam çəkiş sisteminə malikdir.
Bu sistemdən sonuncu nəsil Mercedes-AMG E63 4Matic+ sedanında da istifadə edilir. Sistem dartma qüvvəsini ön oxa ötrüməklə yanaşı, onu tamamilə arxa oxa da yönəltmək qabiliyyətinə malikdir. Alman istehsalçısı bərkgedən sedanın ortalama yanacaq sərfiyyatının 100 kilometrə 8,4 litr, zərərli tullantıların səviyyəsinin isə bir kilometrə 200 qram olduğunu bildirib. Əvvəllər 53 indeksinə malik olan modellərin 3,0-litrlik benzin mühərrikinin əsasında yaradılmış hibrid güc qurğusu ilə təchiz ediləcəyi bildirilirdi. Qurğunun ümumi gücü 503 at qüvvəsi təşkil etməlidir. Məlum olduğu kimi, CLS modelinin 63 indeksli variantı buraxılmayacaqdır.
Onu Porsche Panamera modeli ilə rəqabət aparacaq Mercedes-AMG GT4 modeli əvəz edcəckdir.